Dağlar (Aşıq Ələsgər): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
44818 dəyişikliyi 185.30.89.58 (Müzakirə) tərəfindən geri alındı.
Redaktənin izahı yoxdur
Sətir 11:
}}
<poem>
Bahar fəsli, yaz ayları gələndə
Süsənli -sünbüllü, lalalı dağlar
Yoxsulu -ərbabı, şahı -gədanı
Tutmaz bir-birindən aralı dağlar
Xəstə üçün təpəsində qar olur
Hər cür çiçək açır laləzar olur
Çeşməsindən abi-həyat car(i) olur
Dağıdır möhnəti -məlalı dağlar
 
Yazın bir ayıdı(r) - çox yaxşı çağın,
Kəsilməz çeşməndən gözəl yığnağın,
Axtarma motalın, yağın, qaymağın
Zənbur çiçəyindən bal alı(r) dağlar!
 
Yayın əvvəlində dönürsən xana,
Son ayda bənzərsən yetkin bostana;
Payızın zəhməri qoyar virana -
Dağıdar üstündən cəlalı dağlar.
 
Sətir 39:
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, -qalalı dağlar.
 
Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı(r),
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar.