Fələk cövründən əl çəkməz, nə can təndən kənar olmaz: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Fələk cövründən əl çəkməz, nə can təndən kənar olmaz | müəllif = Biqələm | tərcüməçi = | bölmə = | əv...' ilə yarat
(Fərq yoxdur)

10:08, 19 dekabr 2019 tarixindəki versiya

Fələk cövründən əl çəkməz, nə can təndən kənar olmaz
Müəllif: Biqələm

Fələk cövründən əl çəkməz, nə can təndən kənar olmaz,
Yanar duzəxdə nar əhli, mənim tək şöləvar olmaz.

Bu məhrudən vəfa umma, mənim müştaq olan könlüm,
Vəfalı olsa məhrulər gedib əğyarə yar olmaz.

Gözəllər zülfünə, könlüm, əsiri payibənd olma,
Həzər qıl bu gözəllərdən bunlarda etibar olmaz.

Tutub bədbəxtçilik daim, mənim çaki-giribanım,
Gəlibdir Biqələm təngə, belə bəd ruzigar olmaz.