Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
Sətir 40:
Saz sənəti xalqımızın qərinələrdən keçib gələn tarixini, onun adət və ənənələrini, qəhrəmanlıq salnamələrini, insan qəlbinin sevinc və kədər hisslərini ilahi, rəngarəng emosional, duyğulu səslərlə ifadə edən Tanrının bizə bəxş etdiyi ən dəyərli töhfəsidir.
Muğam bizim üçün milli özünüdərketmə fəlsəfəsinin kökündə bərqərar olmuş mədəni dəyər mənbəyidir. Bütöv musiqimiz bu daimayaşar mənbədən bəhrələnir, qidalanır, şaxələnir, inkişaf edir... Muğam Tanrının yaratdığı varlığın daimi dövranını əks etdirmək üçün Tanrının özünün yaratdığı ilahi səslərlə ifadə olunan, əbədiyyətdən doğub, insan qəlbindən keçib əbədiyyətə doğru gedən sehrli, müəmmalı, möcüzəli hisslər, duyğular axınıdır... Məhz muğam, ozan-aşıq musiqisi bünövrəsində inkişaf edən musiqimiz şərqin ilk opera və baletini, simfonik muğamlarını, caz-muğam sintezini və s. yaratmışdır.
Həyatımın bütün məna kəsb edən dövrlərində, sevincli, kədərli anlarımda həmişə duyğularımdan, içimin emosional hisslərindən asılı olaraq köməyimə poeziya və musiqi – muğam, saz musiqisi və klassik musiqi çatıb. Moskvada, tələbəlik illərində olarkən imtahanlara klassik musiqiyə qulaq asaraq hazırlaşardım. Bir məqamı qeyd edim. Klassik musiqini, xüsusilə simfonik musiqini anlamaq, başa düşmək üçün müəyyən hazırlıq, zaman kəsiyi gərəkdir. O illərdə XX yüzilliyin əvvəllərində Berlində təhsil almış, musiqini dərindən bilən və sevən riyaziyyatçı alim akademik P.S.Aleksandrovun ikinci"İkinci günlər" (“Aleksandrovskiye vtorniki”) klassik alman musiqisinə (Bax, Mosart, Bethoven, Qaydn və s.) həsr olunan gecələri həyatımda xüsusi rol oynamış, klassik musiqini az-çox başa düşməyə, dinləmək mədəniyyətinə sahib olmağa kömək etmişdir. P.S.Aleksandrov Berlindən gətirdiyi çoxsaylı klassik musiqi disklərini səsləndirər, musiqinin ayrı-ayrı məqamlarını dinləyicilərə açıqlayar, onların suallarına təfərrüatı ilə cavablar verərdi. Yeri gəlmişkən qeyd edim, hələ tələbəlik illərindən topladığım fonotekamda dünya, Azərbaycan musiqi klassiklərindən tutmuş saz və xalq musiqimizə qədər 400-dən çox cürbəcür, hətta çox nadir disklər var. Ümumiyyətlə, Moskva Dövlət Universiteti mənim elmi-mədəni dünyagörüşümün formalaşmasında xüsusi rol oynamışdır. Təsəvvür edin, hər altıncı gün Universitetin teatr zalında tamaşalarına bilet almaq çox çətin olan Böyük Teatrın opera və balet truppalarının hamilik (şeflik) tamaşalarına baxmaq imkanımız vardı. Müntəzəm olaraq Universitetin Akt zalında dünyanın ən məşhur alimlərinin iştirakı ilə elmin ən müasir, mübahisəli problemlərinə həsr olunmuş elmi diskussiyalar təşkil olunardı. Elmin yeniliklərinə böyük maraq göstərən biz tələbə və aspirantlar bu nadir əhəmiyyətli elmi tədbirlərdə qabardılan fikirləri xüsusi “aclıqla” udardıq. Universitetin konsert zalında ölkənin ən məşhur, görkəmli alimləri, yazarları, kino, teatr xadimləri, bəstəkar və rəssamları ilə təşkil olunan görüşlər olduqca maraqlı keçərdi. Bu görüşlərdə hər kəs mövzu ətrafında onu maraqlandıran sualları vermək imkanına malik idi. Bir qayda olaraq bu görüşlərdə mən Azərbaycanla bağlı suallar verməyi sevərdim.
 
'''– Professor, keçən ilin may ayında Gəncədə və Bakıda çox gözəl yubiley tədbirlərinizi doğmalarınız və dostlarınızın əhatəsində keçirdiniz. Həmin məclislərdə xüsusi diqqət çəkən bir çox fərqli məqamlar oldu. Xüsusən sizin leksikonunuzda digər dillərdəki sözlərin olmaması, milli musiqimizin sədaları altında çox gözəl rəqsiniz tədbir iştirakçılarını valeh etdi. Bu barədə fikirləriniz də oxucular üçün maraqlı olardı.'''