Xədəngi-tiri-müjganın əsər qılmış dilü canə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Əbülqasim Nəbati | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcümə...' ilə yarat
(Fərq yoxdur)

08:12, 25 yanvar 2020 tarixindəki versiya

Xədəngi-tiri-müjganın əsər qılmış dilü canə
Müəllif: Əbülqasim Nəbati


Xədəngi-tiri-müjganın əsər qılmış dilü canə,
Şikənci-türreyi-zülfün salıbdır rəxnə imanə.

Dilim yansın, neçün aşiq dedim oldum sənə, ey gül,
Məni sən beylə yaxdın atəşi-ənduhü hirmanə.

Budur pərvərdigarə daimən ərz etdiyim hacət,
Görüm didarını, qurban edim bu canı cananə.

Xəbər tut, vermişəm məşşatəyə yüz rişvəti-batin,
Məbada əlləri dəysin o zülfi-əmbər-əfşanə.

Məni pamal edər muri-xəyalın mari-zəxmi tək,
Yəqin etdim ki, düşməndir məhəbbət növ’i-insanə.

Damağ-əfsürdəyəm, saqi, gətir bir sağəri-ləbriz,
Ki, inşad eyləsin təb’im bu şe’ri məstü məstanə.

Xumar-aludəyəm, vermə mənə dürdi-təhi-xümdən,
O meydən ver mənə kim, döndərir muri Süleymanə.

Yaman göz görməməkdən ötrü tök bir cürə torpağə,
Əgərçi vermərəm bir qətrəsin yüz lə’li-rümmanə.

Kərəm qıl, küfri-zülfündən məni bir dəm xilas eylə,
O zalim döndəribdir qəlbimi bir kafiristanə.

Xəta etdim, rəhi-eşqində kafər olmağım yeydir,
Təəhhüd eylədim kim, yandırım bir xirqə rəhbanə.

Gözün qurbanıyam, saqi müsəlsəl gəz bu dövrani
Ki, düşsün bu sədadən həlqeyi-zəncirə divanə.

Əgər bu ruzigar əhli xəbərdar olsa da məndən,
Yəqinimdir ki, min yol şükr edərlər küfri-Sən’anə.

Əgər aləm ümumən düşmən olsa, qılca bakim yox,
Mənəm bu xirqeyi-pəşmin, mənəm bu künci-viranə.

Xuda şahiddi, səndən dönmərəm ta canda canım var,
Nisari-xaki-rahındı, əgər baş getsə fərmanə.

Əgər məqdur ola vəslin mənə ruzi-qiyamətdə,
Gözüm çıxsın əgər baxsam behiştü hurü qılmanə!

Hücumi-ləşkəri-eşqin təvana qoymayıb məndə,
Vəli yüz zə’f ilə gətdim səməndi-fikri cövlanə.

Götür üzdən niqabın, ta görünsün şəm’i-rüxsarın,
Yolunda nəqdi-can versin Nəbati mərd-mərdanə.