Satiya, dur dolanım başına, gəl dövranə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Əbülqasim Nəbati | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcümə...' ilə yarat
(Fərq yoxdur)

08:20, 25 yanvar 2020 tarixindəki versiya

Satiya, dur dolanım başına, gəl dövranə
Müəllif: Əbülqasim Nəbati


Satiya[1], dur dolanım başına, gəl dövranə,
Cami-zərrini götür, bircə dolan məstanə.

Tari-zülfün kimi sən ki, məni bican elədin,
Gətir ol ruhi-rəvan ilə məni bir canə.

Görməsin özgə gözəllər məni Məcnuni məgər,
Salıb ol kafəri-birəhm məni zindanə.

Eşqdən gör nə əcəb nəf’ə yetişdim, vəh, vəh!
Aqili-əsr ikən etdi məni divanə.

Qorxma nirani-fəraqın şərərindən, ey gül,
Sidqilən tut üzünü bircə şahi-Mərdanə.

Ismi-ə’zəm deyilən ismi-Əlidir, billah,
Gəzmə bica yerə Nəsnas kimi hər yanə.

Etməz iqrar, Nəbati, bu sözə zahidi-dun,
Gəlməz imanə yəqin and içəsən qur’anə.

  1. Sate` - 1) parlayan, parlaq; 2) təmtəraqlı, cah-cəlallı mənalarında işlədilir.