Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Əbülqasim Nəbati | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcümə...' ilə yarat
 
(Fərq yoxdur)

Səhifəsinin 08:24, 25 yanvar 2020 tarixinə olan son versiyası

Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz
Müəllif: Əbülqasim Nəbati


Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz,
Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz.

Hardadır abi-bəqa, çeşmeyi-zəmzəm nəçidir,
Kövsərin adın eşit, badeyi-reyhan gəz-gəz.

Alma firuzəni, yaqutü zəbərcəddən keç,
Dürri-nasüftə nədir, lə’li-Bədəxşan gəz-gəz.

Almanam bir pula mən bir qutu mirvaridi,
Səni tari, təkə cum, gövhəri-rəxşan gəz-gəz.

Hər gözəl tiri-nəzər nəsb edə bilməz yayə,
Aşiq öldürməyə bir gözləri qan-qan gəz-gəz.

Nə bilir nazü nəzakət nədi hər göyçək olan,
Hüsnü xoş, xülqü gözəl, bir ləbi-xəndan gəz-gəz.

Getdi Şirinü Züleyxa, ələ gəlməz Leyli,
Indi bu əsrdə kim, afəti dövran gəz-gəz.

Mümkün olmaz bu vəcahətdə gözəl dünyadə,
Rüb’i-məskuni dolan, aləmi hər yan gəz-gəz.

Tapmasan dəxi Nəbati kimi əfsanə deyən,
Əlinə şəm’ götür, gün kimi yan-yan, gəz-gəz.