Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Əbülqasim Nəbati | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcümə...' ilə yarat
 
(Fərq yoxdur)

Səhifəsinin 08:35, 25 yanvar 2020 tarixinə olan son versiyası

Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz
Müəllif: Əbülqasim Nəbati


Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz,
Bu işvədə, bu qəmzədə Leyla ola bilməz.

Ahuyi-Xütən səndən alıb tərzi-nigahı,
Gülbərgi-ləbin tək güli-həmra ola bilməz.

Etmən gözünü nərgisi-şəhlayə bərabər,
Zülfi-siyəhin tək şəbi-yəlda ola bilməz.

Can nəqdinə bir busa kərəm qıl, səni tari,
Dəxi demə “əl çək” ki, bu sevda ola bilməz.

Məndən sənə icz eyləmək olsun gecə-gündüz,
Səndən mənə hey naz ki, haşa ola bilməz.

Bəs ki, məni görcək mənə vəhşi kimi baxdın,
Indi dəxi Məcnun mənə həmta ola bilməz.

Çox eşqə düşən aşiqi-biçarəni gördüm,
Heç biri Nəbati kimi şeyda ola bilməz.