Ol zaman mən edərəm zövq ilə bu candan həzz: Redaktələr arasındakı fərq
Səhifəni '{{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Əbülqasim Nəbati | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcümə...' ilə yarat |
(Fərq yoxdur)
|
Səhifəsinin 08:37, 25 yanvar 2020 tarixinə olan son versiyası
Ol zaman mən edərəm zövq ilə bu candan həzz Müəllif: Əbülqasim Nəbati |
Ol zaman mən edərəm zövq ilə bu candan həzz
Ki, yetib vəslə, edəm söhbəti-canandan həzz.
Görcək o novgülü, könlüm güli-xəndanə dönər,
Necə kim, bülbül edər tərfi-gülüstandan həzz.
Mürği-dil məskəni ol zülfi-çəlipa olanı,
Qəm yeməz dəxi, edər hali-pərişandan həzz.
Qoyma xali qala könlüm qəmi-eşqindən kim,
Adətimdir, edərəm mən dili-suzandan həzz.
Lütf qıl, sinəmi qıl bir hədəfi-tiri-cəfa,
Könlüm istər edə bir navəki-müjgandan həzz.
Ver səfa könlümə, tök seyli-sirişkim gözdən,
Mən həmişə edərəm bu düri-qəltandan həzz.
Qəm yükün çəkməyə Məcnun kimi sərməst gərək
Ki, edər qönçə kimi çaki-giribandan həzz.
Təng olur ruyi-zəmin rəzm günü namərdə,
Mərd edər şir kimi ərseyi-meydandan həzz.
Ol güli-tazə niqabın, nolar, üzdən götürə,
Yetə pərvanəyə ta şəm’i-şəbistandan həzz.
Görsəm ol qaməti-mövzunu, itirrəm özümü,
Böylə kim, qumru edər sərvi-xuramandan həzz.
Dəxi bundan belə çox eyləmərəm meyli-visal,
Eylərəm mən də Nəbati kimi hicrandan həzz.