Məktubati-Şeyda bəy Şirvani/Cüzvi-əvvəl: Müəllimlər iftixarı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 15:
 
Mayıs ayının əvvəlləri idi. Vaxt hərçənd bahar fəsli idisə de, lakin Badkubenin istisi otuz üçümcü dərəcəyə çatmışdı. Məktəb qanunilə yay fəsillərində dərs movquf olunmaq adətincə müəllimlər və mütəəllimlər tətil vaxtının yavuqlaşmasına şad olub, baharın axır günlərin səbirsizliklə keçirirlər idi. Ələzzahir hamı oxuyanlar və oxudanlar il zəhmətindən dincəlmək üçün yaylaqlara və ya öz vətənlərinə köç tədarükün hazırladıqlarında daha dərsə çəndan mehelgü- zar deyil idilər. Amma cavan müəllim Şeyda bəy Məsihzade bez səbəblərə görə vətənə getmək tədarükün mühəyya edəmədikdə yaym şiddətli sıcağm Badkubəde keçirməyi gö2 altına alıb, seyr və səfa varlığın bilmərrə xəyala gətirməzdi və bu naümidlikdə axırıncı günlərəcən mötad qayda üzrə dərsə məşğul idi.
Saat ikini vurdu. Şeyda bəy saat səkkizdən imdiyəcə müttəsilən dersə məşğul olduqda həm dərsin zəhmətindən və həm məktəb havasının kəsafətinden nəhayətdə yorulmuşdu. Zərurən istirahətə möhtac ikən vaxt tamamında şagirdləri dərsdən azad edib öz otağına qayıtdı. Xəstə və yorğun olduğu halətdə ağır-ağır qədəm götürərək otağa girərkən, süst və bitaqet şivə ile özünü divanın üstə yıxdı və mütəkkəni başının altına çəkib arxası üstə uzandı. Otağın xunük və xamuş havası içrə Şeyda beyin var əzası dersin zəhmətindən guya zəbani-hal ilə təərrüzə gəlib gizildədi və hətta qulaqları məktəb qiyl-qaline adət etdiklərində guya “tərki-adət bemov- cibi-mərəz əst”1əst”<sup>1</sup> məsəlinin təsdiqi üçün yanm dəqiqə miqdarı öz- özlerinden cingildədilər.
Bir neçə nəfəs sovuşdu. Cavan müəllim məktəb qeydlərindən azadə ikən arxayınlıqla fikrin öz məxsusi İşlərinə verərək, otağın səqfində gözlərin mehz bir nöqtəyə zilləyib aram baxır idi və növbənöv xəyalat bir-birinin eqebincə ariz olduqda hər bir xəyalatın mexsusıyyət aşarından ürəyi gah sıxılıb, gah açılırdı. Nə etmək olur? Xəyalatın ariz olması və olanda rəf edilməsi insanın ixtiyarında olmamağa görə ürəyimizdə büruz edən nişat və ya qüssənin rəf olunması həm özümüzlə deyil
Bir rüb saat çağlı Şeyda bəy həmin qərar ilə arxası üstə bihərə- kət qaldıqda nagah eşikdə adam hənirtisi peyda oldu və bu hənirtidən hərçənd Şeyda bəy bir qədər cünbüşə gəldisə de, lakin çəkmənin cırıltısından məktəb müla2İmimülaİmi olduğun anlar İkən daha qalxınmağı lazım bilməyib, ancaq gözlərini qapı tərəfə çöndərdi. Qapı açıldı, məktəb mülazimi Bəşir əlində bir paket nökəranə ədəb ilə Şeyda bəy tərəfə yan aldıqda, o isə bivüqarhq ilə qalxınaraq: “A gədə, Bəşir, haradandır?” - deyib sual etdi. Amma Bəşir öz ağasının belə bimöv- qe sualına dil ilə cavab verməyib, guya onun bitəmkin olmasının ziddinə öz adəti vüqarı ilə irəli yeriyərək, dinməz-söyləməz paketi mizin üstünə qoyub, yenə həmin nökəranə ədəb ilə otaqdan çıxdı. Şeyda bəy paketi mizin üstündən alıb ünvanında rusca və farsca yazılmış öz adın və familiyasın oxudu və dərhal paketi cırıb içindəki məktubu oxumağa şüru etdi. Kağızın məzmunundan oxuyanları müt- təle etmək üçün eynən dərc edirəm:
“Fərzəndi-ərcüməndim və qürrətül-üyunim Şeyda, zidə ömrəhu2ömrəhu<sup>2</sup>.
Hərgah əhvalatımızı xəbər alsan, iillahül-həmd, səlamət olub ömrünə duagu vanq. Xudayi-teala bir vəsileyi-xeyir edə ki, didan- nı görüm, amin! Bədə məlum ola ki, Allah qoysa, qurban bayramından sonra Ağabəhram ilə Diləfruz xanımın toyun edəcəyik. Əlhəm- dülillah, hər bir mayehtacımız hazırdır, ancaq sənin gəlməyinin intizarında varıq. Ona binaən xahiş edirəm ki, uşkola (məktəb) qurtaran kibi daha dayanmayıb Şamaxıya gələsən, yoxsa toyumuz təxriə düşər, çünki qabaq məhərrəm ayına gedir, sonra səfər ayıdır ki, onda toy eləmək mənim sınağım deyil. Ondan sonra da mövlud ayıdır, toy eləməyi yaxşı deməzlər. Əlbəttə, əlif-ə lbətte, tezliklə gələsən, hərgah mümkün olsa özünü bayramadək yetirəsən. Bacılarının, xalalaram və hamı qohum-əqrəbanın sənə çox-çox salam-duası var və mən özüm həmişə sənə duaçı varam. Vəssalam!
Madəri-mehribanın Fatma xanım.
Sətir 30:
İnsanın ömrü, sinn cəhətincə yeddi dərəcəyə təqsim olunduqda, hər dərəcənin öz təqazasma münhesir bir dövranı ve o dövrana nəzər bir şüğlü vardır. Diləfruz xanım hala körpəlikdə müqəvva çimlətnə gəlinler ilə oynadığı vaxtlar gəlin otağın silib-süpürməsı və səliqə ilə evcik saxlaması şayani-diqqet idi. Diləfruzun anası cəvanəzən Nigar xanım öz balalarının tərbiyəsinə analıq ürəyi ilə səy edərkən, Şeyda bəydən eşitdiyi təlimə dair söhbətləri özü üçün dəsturül-əmel ©dib onlara müvafiq əməl edərdi.
Hədis vardır: “Əl-vələd sirrü əbihi, vəl-bint sirrü ümmihi”, yəni oğul öz atasının ve qız öz anasının şəbihidir. Sibyan göz açıb ibtida öz ata-anasutıdan ibrət götürərkən əksər ovqat onlar əxlaqda olurlar. Nazətıin Nigar bu mətləbi fəhm edərkən öz balalarına ibrət göstərmək niyyəti ilə evdə-eşikdə hamı böyük-kiçik ilə nəcib anə rəftar ediyor. Nigar xanımın xoşəxlaqlıhğı və səliqə ile ev saxlamağı balaca Diləfruzun ürəyi aynasında əks saldıqda, hamısının təşbihi Diləfruzun uşaqlıq işlərində biruz edir idi; oyun-oyuncaq vaxtı əlinə düşən parlaq və işləquc saxsı və qumaş parça-paxalann silib süpürüb gəlin otağında səliqə ilə dərc etdiyi əsnada cansız gəlinlər ilə şirin-şirin nesihətamiz söhbətlər edər idi. Ev banusu Nigar xanım nökər, qulluqçu üstündə mürəbbi olan kibi, balaca Diləfruz eynən öz evciyindəki müqəvva gəlinlərin anası kibi idi. ZatMnsanidə gizlin sirlərdən birisi də budur ki, zahiri aləmdə gördüyümüz yaxşı və yaman işlər hamısı ruh aynasma əks saldıqda ziyalı işlər aşarından ruh lövhəsi seyqəl tapıb işıqlanırsa, yaman ibrətlərdən ləkələnib təbah oluyor. Zatən elmi-təbiidə işıq cı'smi- lətif, lakin ləkə cismi-kəsif isbat olunan kibi, elmi-məcazidə həm əfal, həm də ruhun lətafəti, lakin əfali-zəmimə kəsafəti hesab olunur və bu səbəbədir ki, çirkin işlərin təsiri ruh lövhəsində dərinraq nəqş bağlayıb, tərk olunması həm çetinraq olur.
Körpə Diləfruz öz anasmuı əmali-h&midəsmə təqlid edərkən səhv və xətalarına həm müridlik edirdi. Bir gün Nigar xanım ev qulluqçusu Güləndama qəhr edib bir-iki nalayiq söz ilə söymüşdü. Türklər məsəl deyirlər: “Anası çıxan ağacı qızı budaq-budaq gəzər7’gəzər’- Bir-iki saat çəkmədi ki, balaca Diləfruz öz oyuncaq müqəvvalarından birisini bit qedər əyri dayanmış görcək anasmdan eşitdiyi ləfz ilə onu söyüb bir-iki silli də vurdu.
Nigar xanım bu əhvalatı müşahidə etcək, nəhayət nədamətlə öz felindən xəcalət çəkib peşman oldu. Diləfruzun bu hərəkəti Nigar xanıma tenbih olduqda o nazənin o saatda tövbə edib nalayiq ləfzlərdən etiraz etməyi özünə söz verdi.
 
Sətir 46:
Bəli, insan üçün dəqiqələr vardır ki, hissi-müştərəkəsinin lətafəti o payəyə çatır ki, qeyri-natiq ziruh şeylər və hətta cəmadat onun nəzərində zəbani-hal ilə köftarə gəlib nitqə sığılmayan bəzi mətləbləri bəyan edirlər. Habelə imdi güldanlardakı güllər və qəfəsdəki kanareyka adlanan sanca quş öz şivə ve nəğmələri ilə Şeyda bəyin nəzərində mətləb açıb məxluqluq həqqi ilə xaliqə zikr edirlər idi. Cavan müəllim kəşf aləmində seyr etdiyi əsnadə ilham ilə nitqə gəlib zümzümə ilə bu fərdi oxudu:
Bərgi-dırəxtani-sebz dər nəzəri-huşyar,
Her vərəqi dəftərist merifəti-kirdgar.<sup>3</sup>
Ah, ah! Mərifəti-kirdgar üçün ne çox isbatlar vardır!
Bəlkə isbatların en mühümraqı mərifət özüdür ki, cenabi-tann insana əta buyurubdur. Şükür xudaya ki, mən aciz bəndəsinə rəhm edib, mərifət xəzinəsinin astanasına yol vermiş ve müəllimlik sənəti ilə məni mümtaz edib, müəllimlər zümrəsində mərifət gən- cinəsinin kiliddarlanndan birisi etmiş. Yenə şükür olsun xudaya ki, mənim səy və iradətım ilə qeyri bəndələr həm mərifət nemətinə nail olurlar.
Sətir 64:
Əz həzaran Kəbə yek dil behter əst.
Kəbə bünyadi -Xe 1 l 1 i -azər əst,
Dil nəzərgahi-cəhli-davət ost5ost<sup>5</sup>.
 
Müəllimlik sənətinə fəxr edirəm, elm dövlətinə şükür edirəm...”
Müəllimlik fəxri Şeyda bəyə qələbə etdikdə o növcəvan Öz sənətinə batini nəzər ilə təftiş edib gördü ki, fılhəqiqət mal və əenas yoxluğunda çox dövlətlidir. Cavan müəllimin rəngi-ruyi qəlbindəki iftixar rəngi ilə həmraləşdikdə heyət və qiyafəsi təkəbbür hasil etmiş kibi görünürdü. Öz adətinə bərəks əllərin şalvarın cibinə qoyuban məğrur baybəççələr kibi lovğa şivə ilə qədəm götürərək, gərdiş etməyə başladı. Validəsiııdən gələn məktub mizin üstündə üzüaçıq qalmışdı. Bir-iki baş gərdişdən sonra laənşüur mizin yanında dayanıb yenə kağıza baxdı və “Diləfruz” kəlməsini gözü görən kibi dərhal başında ve xatirində həmayil məsələsi südur etdi.
Həmayil üstündə nübüw edən əfkar toxumu cavan müəllimin hədiqeyi-ruhtında təkrar bir neçə dəfə şükufə açdıqda, axır şaxeyi- kəmalda belə bir mətləb səmərəsi hüsula gətirdi ki, əhli-maariflər nəzərində töhfəliyə yaraşar idi. Şeyda bəy bu mətləb səmərəsin təsərrüfə aldıqda, bir vaxtda Diləfruza təqdim edəcək mənzərəni xəyala gətirib səbzə təbərrük edən dərvişlər şivəsi ilə sağ elin havaya qaldınban cəhrən dedi: “Buyur, Diləfruz xanım... Bərgi-səbzist töhtey i-dərviş”6dərviş”<sup>6</sup>.
Bu söz zimnində Şeyda bəyin xatirindən keçən mətləblər bunlar idi: “her kəs öz mal ve dövlətindən zəkat verər, əhli-maarif zümrəsinə hesab olunan müəllimin hədiyyəsi kitabdan sə vay əla- hidde şey ola bilməz. Müəllimin ağ və qızılı bəyaz üstündə qələm qarasıdır..”
Bu axırkı sözləri Şeyda bəy öz dilində cari etməklə guya girən- maye bir şey tapdı ve tapqmtı şeyə kərrat tamaşa edilən kibi bu sözü bir neçə dəfə təkrar edib, öz-özünə müdəlləl nitq ilə dedi: “Beli, Dilefhızun həmayili mərifət mirvaridinden düzülmüş yazı sətirləridir.
Sətir 74:
 
Hala əlimə qələm alıban, tərbiyə xüsusunda bil nəsihətnamə yazıb Diləfruza göndərrəm, ümidvarəm ki, qızıl həmay ildən və mirvarid gəlubənddən mənim nəsihətnaməm nafe ola, çünki onlar sinə və gərdən zinəti ikən, bu, ruh və can nicatı olur. Ehtimalən, hərgah bu hədiyyəm həqir olmuş olsa da eybi yoxdur...
Pay i-mol əx bepişi-Süleyman zi muri-ləng!<sup>7</sup>
Həşəmətli Süleyman hüzurunda axsacıq qarıncanın bir qıçacıq hədiyyəsi çox nemətlərdən əfzolraq hesab olundu. Yusif bazarına hər kəs öz mətamı aparar: müəllimin metaı tədris ikən, hədiyyəsi kitab olur”.
Bu fikirlər ara Şeyda bəyin üzünə guya günəş doğdu, batindəki mərifət təcəllisi üzündə və gözündə müayinə görünürdü və qəlbindəki nişat ziyası zahiri qiyafəsində behcet səfası ilə parlayırdı, ayağa qalxaraq jiletinin cibindən bir balaca açar (anaxtar) çıxarıb, divara söykənmiş şüşə qapılı şkaf tərəfə yönəldi və dişqandan şkafın içərisinə zənn edərək kilidi açdı. Şkafın ən üst mərtəbəsində bir neçə cüzv dəfterçəler görünürdü. Bu dəftərlər türk və rus dillərində karandaş (qurğuşun qələm) ilə yazılma övraqdan ibarət olduqda, Şeyda bəyin hezerde və səfərdə hasil etdiyi təcrübələrin məcmuəsi idi. Şeyda bəy bu məcmuə məzmunundan öz “Töhfə”si üçün əfkar maddəsi istinbat etmək niyyətilə dəftərləri şkafdan alıb dərhal yazı mizinin yanına əyləşdi və dəftərin yarpaqların tez-tez vərəqləyərək, bəzi yerlərin keçərək də, gözucu ile mütaliə edirdi. Ələzzahiı cavan müəllim ürəyindəki niyyəti qüvvədən felə gətirmək üçün yeddi həftə təhrirata məşğul olmağı özünə əhd edib, xanənişinliyə istiqamət bağladı. Təmuz ayının ibtidasmdan yazıya şüru etdikdə, ancaq axşamlar iki saat miqdarı şəhər bağına gəzməyə çıxıb, baqi ayıqlıq saatlar zikr olunan dəftərlərin mütaliəsinə məşğul olur idi. Dəftər üzündən bəzi qitələri özgə bir dəftərə sebt edibən, bir neçə cüzv mərqumat hazırladı. Yazdığı müsvəddələri kitabçalar heykəlində cüzv-cüzv toplayarkən hər birisini bir ünvan ilə dibaçələyib, dübarə öz əli ile mübəyyəz etməyə başladı.
Sətir 90:
Beradərim! Dünən həmin kağızın yansın yazmışdım, amma əhvalım qəflətən pozulduğa görə tamam edəmədim. Dünəndən bəri məzacım çox məxşuşdur. Həkim yazdığı davam hərçənd vaxtlı- vaxtmda içirəmsə də, lakin halıma əsla təfavüt etməyir...
Çün müxəbbət şüd etilali-mezac,
Nə əzimət əsər küned, ne əlac8əlac<sup>8</sup>.
Zəhmətim çoxdur, yenə Allah razı olsun Bəşirdən ki, yardımlıq ediyor, yoxsa bu naxoşluqda qürbət eyni cəhənnəmdir... Bəradə- rim, fövqdə yazdığım təvəqqei əmələ gətirmək üçün, yəni “Mek- tubat”ıma nəşr etmək üçün yəqin ki, sendə tevanə olmayacaq. Bəs övza ve əhvalını bilibən bu qulluğu sənə sifariş etməyimdə ümid tuturam ki, maarifpərvər əşxasdan iane diləyib çapa sərf edəcəksən... İltimas edirəm ki, boynuna dilənçilik təklifi qoymağımda menə töhmət etməyəsən. Doğrudur, sual rəzalət gətirər, lakin bu yolda yox: ariflər nəzərində əməlin yaxşı-yamanlığı niyyətə mün- həsirdir. Maarif tərəqqisi üçün dilənçilik eyni izzətdir. Menfeeti- ümumi üçün nökərçilik eyni ağalıqdır. Bu mətləbi müdəlləl etməyə söz çox isə də, heyf ki, yazmağa taqətim yoxdur.
Fi 28 səfərül-müzəffər
Sətir 99:
 
kəlami-əqdəsdo zikr olunan əşrəfi-məxluqat, yəni kamil insan əmələ gəlir ki, fəziləti:
“Nə fəiəkrast müselləm, nə mələkrahasil!”9”<sup>9</sup>
Məktəbə gələn körpe, qorxacıq balalar cümləsində aslan ürəkli qəzənfərlər çox vardır: Sokrat, Ərəstu, İsgəndər, Qeysər, Musa, Süleyman və hakəza qeyri-qeyri kübarlar hamısı xırdaca danədən əzim ağaclar baş vuran kibi, köıpəcə balalardan bəslənib əmələ gəliblər.
Bizlər üçün əgər bir çıraq yanacaqsa, məktəb ocağının şöləsindən yansa gərəkdir. Cəlıalət mülkünə əgər bir məhtab doğacaq isə, yenə məktəb divarından tulu edəcəkdir... Əgər sultanlıq istərsən, dəri-məktəbdə xadim ol!..
Bu mətləbin şərhi uzun çəkər, amma imkanım ohmdığa görə, “Əlarifii yekfıl işarə”10işarə”<sup>10</sup> zərbüknəsəiilə sözü qət edib, bu qədər danışmağa Özüm də kifayət edirəm.
Fi 29 səfəräl-müzəffər 1314, şəhri-Badkübə
Bəradərim, dünyada arzular çox vardır, amma hər bir arzuya nail olmaq üçün tədric nizamm gözləmək lazımdır. Qışda fərzəndinə çörək arzu edən rusta bahar vaxtı kotan dəstəsinə yapışar. Əqsa- yi-aləmde baş qaldıran mədəniyyət tərəqqisin görübən arzusun diləyən bir millət o tərəqqinin tərtiblərin də bilmək borcudur. Hər işə öz vaxtından qabaq iqdam etmək - Qırata minib hava seyri diləmək kibi əfsanədir. Şöhrət təmənnası ile tərtibsiz iş başlayan şəxs axırda şəbədəbazlar kibi məsxərə yerində qalar, Şəbədəbazlıq ilə kəsb olunan ism havaya buraxılan sabun üftirdəyi kibi partlayanda nə səsi olıır, nə əlaməti qalır. Bu sözlərdən muradım tərəqqi tərtibinin mülahizəsidir ki, binası məktəbxana üstündə bərqərar olsa gərəkdir. Bəli, tərəqqiyi-səlimin ew-elimci pilləsi məktəbxana astanasından başlanır. Əsrimizin təqazası buna olduqda, o təqazaya müvafiq əməl lazımdır...
Sətir 122:
Yazıçı təmsilən bir təbibdir ki, öz millətinin və yə ümumi insa- nın din illətlərin təhqiq edib, müalicəsi üçün ədəbiyyat nüsxəsi yazsa gərəkdir. Təbib əgər illəti təhqiq etməmiş nüsxe yazar olsa, can fovtə gedər və hakəza bitəb və kündhəvəs şəxs əfsanə üçün qələm çırtsa, təşbihən kağızın qəlbin yanb mürəkkəbin qanın tökən kibidir.
İllətin təhqiqi üçün, elm və nüsxənin yazılması üçün htuıər lazım olan kibi müsənniflik iddəası edən şəxs üçün qüweyi-dindən sevay qüweyi-təb və sürəti-fəhm lazımdır!
Bəti təb və kündkelam əczi ilə şöhrət arzu edən müsənnif Hatəmi Tainin oğluna bənzər...<sup>11</sup> Belə şəxs əgər şöhrət taparsa da, əcəb deyil: yaman müsənniflik töhmətilə şöhrət tapmış adlar tarixi-ədəbiyyatda çox zikr olunubdur.
Müsənnife borcdur öz-ozüne hərfgirlik edərək, nəqqaşlar kibi hər bir şeyi öz rəng və surətində təsvirə gətirsin və iila axşamçağı badi-səba əsdirən əyyar öküz arxasına yəhər qoyan və ya halvaya duz tökən binəməki təlxəklərə bənzər ki, muzdu rişxənd və nifiət olur. Bu silk müsənniflərin tərifi qızıl rəng ilə əcnəbi qəzetelerin- də parələrlə bu gün nəşr olunursa, sabahı günü ülfılsatanlar əllərində rüqe-rüqe həşr olunur.
 
Sətir 133:
Şeyda bəyin məktub-atı çoxdur, əksəri tərbiyə yə təlim xüsusda yazılıbdır. İntişar olması hərçənd arzumdursa da, lakin hamısın birdəfəlikdə çap etməyə təvanam yoxdur və təvanalı qardaşlarımız bihümmet olublar...
Kərimanra bə dəst əndər dirəm nist,
Xudavəndam-nemetra kərəm nist.<sup>12</sup>
Cənab Şeyxə13 xuda rəhmət edə! İmdiki qara günlərimiz üçün yeddi yüz il qabaq mərsiyə yazıb möhür basıbdır.
Axırda Şeyda bəyin vəsiyyətin əmələ gətirmək üçün məktuba- tm həmin cüzvün “Müəllimlər iftixarı” ünvanı ilə öz xərcindən çap edirəm.