Şəki xanları və onların nəsilləri: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 34:
Qarabağa, qayınatası İbrahim xanın yanına gedibdir. Bir neçə il müddəti-mədid<ref>Uzun müddət</ref> Məhəmməshəsən xan Noxuda xanlıq edib, axırda Mustafa xan Şirvanilə Məhəmmədhəsən xanın aralarında ədavət peyda olub, Şirvanlı Mustafa xan, Məhəmmədhəsən xanın kinəsin<ref>Acığına</ref> Qarabağdan Səlim xanı aparıb götürüb, Məhəmmədhəsən xanla cəngə gəlib. Məhəmmədhəsən xanın tab və tavanı olmayıb əczlə Şirvanlı Mustafa xanın yanına gediblər. Mustafa xan, Məhəmmədhəsən xanı və Səlim xanı götürüb Şirvana aparıb, Şirvan bəylərindən Şeyx Əli bəyi göndəribdir ki, gedib Noxuda naib olub, xanlıq ümuratların dolandıra. Noxu adamları Şeyx Əli bəyin gəlməyi müqəddəməsin eşidib o işə razı olmayıb. Məhəmmədhəsən xan (ın) qardaşı Fətəli xanın Noxuda xan olmağın eşidib, yoldan qayıdıb, Şamaxıya gedib, o əhvalatı Mustafa xana məlum edibdir. Mustafa xan Məhəmmədhəsən xanı Şamaxıda saxlayıb, qardaşı Səlim xanı mürəxxəs edibdir. Səlim xan da Ərəş mahalına gəlib ətraf və əknaf vilayətdən külli cəmiyyət üstünə (başına) cəm edib, gecə bəğtətən Noxu qalasına bilacəng<ref>Döyüşsüz</ref> daxil olub, Fətəli xanı əzl edib, xan olubdur. Bir neçə müddət xanlıq edib və Rusiya dövlətinə Səlim xan tabe olub. Rusiya imperatoru ona xanlıq fərmanı veribdir. O da ixlasla itaət edirmiş. Bir neçə müddətin mürurundan sonra Rusiya qoşunu Qarabağlı İbrahim xanı Qarabağda qətlə yetiribdir. Səlim xan İbrahim xanın o vaqeəsindən mütəvəhhiş olub Rusiya dövlətindən rügərdan<ref>Üz çevirib</ref> olubdur.
 
Rusiya qoşunu Səlim xana tənbih etməyə gəlibdir. Səlim xan fərar edib, İrana gedibdir. Rusiya qoşunun generalı Noxunu zəbt edib, Fətəli xanı xan nəsb edibdir. O əsnada İran xanı Xoylu Cəfərqulu xan İran şahından rügərdan olub, Tiflisə gəlib, Rusiya imperatoru Noxunun xanlığın Cəfərquluya verdi. 7-8 il xanlıq edib, vəfat etdi. Oğlu İsmayıl xan Noxuda xan olub 3 ildən sonra vəfat etdi. Oğlu övladı qalmadı. Bundan sonra Noxuda komendant təyin olundu, xan olmadı. Səlim xanın övladları İrandadır. Bir oğlu Süleyman xan Qarabağda vəfat edib, övladları oradadır. Adları naməlumdur və bir qızı da Noxuda Mahmud ağada idi, Fəxrənnisə xanım adlı. Məhəmmədhəsən xan Hacı Tahirxanda (Həştərxanda) vəfat edibdir, 1246 (1830) il rəbiyələvvəl (avqust) ayında. Noxuda 3 nəfər oğlu: Abdulla ağa, Əbdürrəhim ağa və Haşım ağa namlar olub, Abdulla ağanın iki nəfər oğlu olub: Hüseyn, Cəfər ağa namlar və Haşım ağanın da iki nəfər oğlu olub: Sadıq ağa, Əbdülhəmid ağa namlar və 3 nəfər qız övladı olub. Əbdülhəmid ağanın bir qız övladı var imiş. O da Haşım ağa oğlu Əbdülhəmid ağanın övrəti olub. Fətəli xanın [[Müəllif:Kərim ağa Fateh|Kərim ağa]]<ref>[[Müəllif:Kərim ağa “ŞəkiFateh|Kərim ağa]] “[[Şəki xanlarının müxtəsər tarixi”tarixi]]” əsərinin müəllifidir. Fateh təxəllüsü ilə şer yazarmış</ref> adlı bir oğlu var idi, vəfat edib. 4 nəfər oğlu və iki nəfər qızı qalıbdır: Əbdülhəmid ağa, Mustafa ağa<ref>[[Müəllif:Salman Mümtaz|S.Mümtazın]] yazdığına görə Kərim ağa Fatehin oğlu Mustafa ağa şair olub, təxəllüsü şuxi imiş (Hacı Seyid Əbdülhəmid. “Şəki xanlarının sülaləsi”. Bakı, 1930, səh. 9)</ref>, İsmayıl ağa, Cəfər ağa namlılar və Hacı xan, Hacı Əbdülqadir xan Hacı Çələbi xan oğlu qalmayıbdır. Bir nəfər qız Balaxanım xanım adında Yelisulu Daniyal bəydə idi. Onu tərk edib Ruma gedibdir və Hacı Çələbi xanın oğlu Ağakişi xanın oğlu Bala Hacı xandır. Bunun oğlu da Mahmud ağadır. Mahmud ağadan iki oğlan qalıb: Ağakişi bəy, Mirzə bəy adlı və iki nəfər də qız qalıbdır və Məhəmmədhəsən xanın qızı Tutu ağa, İsmayıl xanın övrəti idi. İsmayıl xandan bir qız var idi, İsgəndər xanda və bir qızı Səkinə xanım, o da Zaman bəydə, Məhəmmədhəsən xan rəiyyətzadə çox övrət alıb. Xeyrənnisa xanım Tutu ağanın anasıdır. Nuri xanım Abdulla ağanın anasıdır. Cəvahir xanım Əbdürrəhim ağanın anasıdır və Haşım ağanın anası çoxdan vəfat edibdir, adı bilinmədi. Fətəli xanın övrəti Xurşid xanım Kərim ağanın anasıdır və Səlim xanın övrəti Qarabağlı İbrahim xanın qızıdır. İranda vəfat edib adı məlum deyildir<ref>Səlim xanın arvadının adı Tutu bəyimdir (Qafqaz arxeoqrafiya komissionunun aktları. III cild, səh. 333)</ref>
 
== İstinadlar ==