Kəşfül-Həqayiq/ən-Nəsr Surəsi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Kəşfül-Həqayiq<br/>ən-Nəsr Surəsi | müəllif = Mirməhəmməd Kərim Bakuvi | keçidsiz müəllif = | tərcümə...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 52:
'''Gedib peyğəmbərin bayrağını Hacun adlı yerdə dikdi. Amma Məkkənin Xalid ibn Vəlidin girdiyi aşağı tərəfində Bəni-Bəkir və Əhabiş camaatı ona qarşı çıxıb, bir qədər savaşsalar da, məğlub oldular. Allah- Təala onları dağıdıb, Xalid Məkkəyə daxil oldu. Bu savaşdan başqa Məkkənin fəthi zamanı başqa savaş olmadı. Hər bir tərəfdən islam qoşunu Məkkəyə daxil olub, camaatı təskin edib, rahatlatdılar. Ondan sonra peyğəmbər dəvəyə minib, Kəbəyə getdi. Dəvənin üstündə Kəbəni yeddi dəfə təvaf edib, hər bir təvafda əlindəki ağacını qara daşa sürtüb, təvafını bitirdi. Təvafdan sonra Kəbənin qapıçısı Qüreyşin Bəni-Əbdüddar camaatından olan Osman ibn Talhanı çağırtdırıb, Kəbənin açarını ondan alıb, qapını açdırıb, Kəbənin içinə daxil oldu. Ağacdan hazırlanmış göyərçin heykəlini gördü. Öz əli iulə onu sındırıb çölə atdı, ondan sonra qayıdıb qapıda durdu. Məscidül-haram aman üçün gəlmiş Qüreyş camaatıyla dolu olub, hamısı daş kimi sakit dayanmışdılar. O cənab üzünü onlara tutub, Allah-Təalaya həmd edəndən sonra buyurdu: “Ey Qüreyş camaatı, Allah-Təala cahiliyyə zamanının təkəbbür və qürurunu və ata-babanızla fəxr etməyi sizdən götürdü. İnsan Adəm övladıdır. Adəm torpaqdan yaradılmışdır. Ondan sonra ayəni oxudu: “Ey insanlar! Mən sizi bir kişi ilə bir qadından yaratdım”. Ondan sonra buyurdu: “Ey Qüreyş camaatı, küfr və şirk içində qalıb, mənə və müsəlmanlara etdiyiniz əziyyətin və əhdi pozmanızın müqabilində fikriniz nədir, sizinlə necə rəftar edəcəyəm? Dedilər: “Bizim zənnimizcə bizimlə yaxşı rəftar edəcəksən. Sən möhtərəm qardaşımızsan və möhtərəm qardaşımızın oğlusan. Bizə hakim oldun, güzəşt elə. Buyurdu: “Bu gün mən o sözü deyirəm ki, qardaşım Yusif Misirdə qardaşlarına demişdi: “Bu günkü gündə sizə mənim tərəfdən heç bir məzəmmət yoxdur, Allah-Təala sizi bağışlasın. Gedin, hamınızı azad etdim. Məkkə zorla fəth olunduğuna görə gərək orada olan müşriklər qulam olaydılar. Lakin peyğəmbər onları azad etdi və bu səbəbdən onlara “tülaqi” deyilir. Ondan sonra peyğəmbərin əmri ilə bütün bütləri və ibadətdən ötrü dikilən böyük daşların hamısını sındırıb, dağıtdılar. Kəbənin damında sarı şüşədən bir büt var idi. Əli ibn Əbu Talibi dama çıxarıb, o bütü oradan atıb, parça-parça etdilər. Allahın evi olan Kəbəni bütlərdən təmizləyib, oranı tövhid evi etdi. Oradan çıxandan sonra peyğəmbər gedib, Sinaya qalxıb, dua oxumağa başladı. O əsnada orada olan ənsar - Mədinə əhli bir-birinə dedi: “Məkkə peyğəmbərin vətənidir. burada anadan olub, indi ki, fəth olundu, ya bizi qoyub, burada qalacaq, ya da ki, Mədinəyə qayıdacaq. Peyğəmbər duanı bitirəndən sonra buyurdu: “Nə danışırdınız? Dedilər: “Bir şey danışmırdıq. Peyğəmbər israr edəndən sonra fikirlərini dedilər. Buyurdu: “Allah qorusun, mənim həyatım sizin həyatınız, mənim ölüm sizin ölümünüzdür. Mən sizi tərk edib, burada qalan deyiləm. Ənsar sevinib, şadyanalıq etdi. Ondan sonra peyğəmbər (ə.s) on beş gün Məkkədə qalıb, orada Əttab ibn Əsidi hakim qoyub, oradan Həvazin və Hüneyn tərəfinə yola düşdü. Hüneyn qissəsi Bəraət (Tövbə) surəsində qeyd olundu, oraya baxılsın. Məkkənin fəthi qissəsi müxtəsər şəkildə nəql edildi.
 
'''(إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ (1١) وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا (2٢) فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا (3٣)'''
 
'''1) (إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ)''' - (Ey Məhəmməd), '''o zaman ki, Allah-Təalanın fəth və qələbəsi''' (Məkkə barəsində) '''sənə gəldi''', (Məkkəni) '''fəth edib, müşriklər zəlil olub, mənim hərəmim şirkdən pak oldu,'''