Adil müharibə və Rotbard libertarianizmi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 35:
Qeyd etmək lazımdır ki, Lokk kökü orta əsrlərə gedib çıxan, adil müharibə prinsipləri və qaydaları üstündə inkişaf edərək münaqişədən əvvəl və münaqişə zamanı istifadə edilən bir ənənənin varisi hesab edilə bilər. Libertarian alimə görə, qədim və çağdaş müharibələr arasında gərginlik fərqinə əlavə olaraq, (Mises, 1944) keyfiyyət fərqi də var. Faktiki olaraq, nüvə silahlı kimi müasir silahların çoxu mahiyyətcə bədəxlaqdır, çünki "bu silahlar ipso fakto ağına-bozuna baxmayan kütləvi qırğın mühərrikləridir (yeganə istisna o olardı ki, böyük bir coğrafi ərazidə yaşayan həmin kütlə sadəcə günahkarlardan ibarətdir. Bu isə çox nadir bir haldır)". Tərifə əsasən, kütləvi qırğın silahları çoxlu sayda günahsız insanın ölümünə səbəb olur və beləliklə, adil cəmiyyətə uyğun deyillər. Onlar faktiki olaraq, ayrı-seçkilik və proporsionallıq prinsipləri əsasında ənənəvi adil müharibə qaydalarını pozurlar. Buna görə də, "nüvə və ya oxşar silahlardan istifadə və ya onların istifadəsi ilə hədə-qorxu gəlmək bəşəriyyətə qarşı bir günahdır və cinayətdir ki, buna da bəraət qazandırmaq olmaz" (Rothbard, 2000, səh. 119–120).
 
<p>Beləliklə, Rotbard uzun illər nüvə tərkisilahının tərəfdarı, fərdlərin özünümüdafiə məqsədilə silah daşıma hüququna malik olması fikrinin müdafiəçisi idi. Bu, olduqca özünəməxsus bir mövqe idi, çünki normalda ABŞ Konstitusiyasına ikinci düzəlişini qorumaq "konservativlər"ə, nüvə silahlarının rədd etmək və amerikan ordusunun imperialist səbəblərə görə başqa ölkələrə müdaxilə etməsinə qarşı çıxmaq "radikallar"a aid edilirdi. Buna baxmayaraq, libertarianlar belə bəsit bir siyasi fərqləndirməyə qarşı çıxırlar, çünki onların diqqət mərkəzində ədalət və fərdi azadlığın qorunması var. İnsanların təcavüzkarlara zidd olmaq hüququ var və eyni səbəbə görə, onlar zorakılığa qarşı olduqlarından kütləvi qırğın silahları ilə digərlərinin hüquqlarını təhlükə altına sala bilməzlər.
 
Bu şərh iştirakçı tərəfin dövlət olduğu münaqişələrin (ən azından Rotbarda görə) niyə legitim münaqişə, yəni adil müharibə olmadığını izah edir, çünki dövlət digərlərinə qarşı hədə-qorxudan və zorakılıqdan istifadə edən kiçik bir insan qrupudur. Əlbəttə, onun düşüncəsinin özəyində dövlətin mahiyyətcə təcavüzkar və cinayətkar olması fikri dayanır. Hər bir dövlətdə müəyyən bir ərazi üzərində hüquqi zorakılıq monopoliyası olan bir elit təbəqə var. Bu kiçik qrup öz gücündən həmin ərazidə yaşayan və işləyən insanları istismar etmək üçün istifadə edə bilər. Beləliklə, azad bazar iqtisadçısı Rotbard adətən hərbi-sənayeli hakim qüvvənin ənənəvi solçu tənqidçiləri ilə razı idi.