Adil müharibə və Rotbard libertarianizmi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 20:
Saf bazar kapitalizmini müdafiə edən iqtisadçı və filosof Mürrey N. Rotbard təcavüz, məcbur etmə və zorakılığın hər bir növünə qarşı olub, öz yolu ilə orijinal bir müharibə etikası formalaşdırır. Rotbard ölkə daxilindəki və xaricindəki bütün dövlət fəaliyyətinə şamil etdiyi radikal libertarianizmini (bu, həmçinin "anarxokapitalizm" adlanır) nümayiş etdikdən sonra başa salır ki, zorakı qüvvədən istifadə sadəcə bir müdafiə qurğusu olan zaman, yəni fərdin özünə qarşı istiqamətləndirilmiş hücumlardan yayınması üçün istifadə edilən zaman legitimdir (Rothbard, 1982). O, məhz bu səbəbə görə müasir dövlətin mənfi interpretasiyasını izah edir, bu interpretasiyanın insanların mülklərinin kollektivləşdirilməsi yolu ilə onların həyat və fəaliyyətini sistemləşdirmək iddiasını mübahisə mövzusuna çevirir.
 
Rotbard beynəlxalq münasibətlərə gəldikdə, "Amerikanı digər dövlətlərin işlərinə müdaxilə etməməsinə və azadlığın mayak işığı olmasına çağıran Tomas Peynin ideallarını yamsılayan bir xarici siyasət"in tərəfdarı idi (Rothbard, 1980, səh. 1). Bu mövqe, əxlaqi olaraq, müdafiəçilik adlandırılır, çünki bu, təcavüzkar müharibənin hər bir növünü, o cümlədən, nə qədər əxlaqi bir səbəbi olsa da, (məsələn, 2011-ci ildə Liviyada yerli əhalinin vətəndaş müharibəsindən əziyyət çəkməsi) digər dövlətlərin işinə müdaxiləni rədd edir.</p>
 
<p>Rotbardın başlanğıc nöqtəsi fərdi təbii hüquqları pozan hər hansısa bir hərəkətin qarşısını almaqdır. Rotbard öz siyasi fəlsəfəsini Rusiya əsilli roman müəllifi Ayn Randın fikirlərindən törəyən "təcavüzkarlıq etməmək aksiomu" (no aggression axiom) adlı prinsip üzərində qurmuşdur, çünki o inanırdı ki, insanlar bəzi hallarda, yəni təcavüzkara qarşı zorakılıqdan istifadə edə bilər. Bu mövqe XVII əsr nəzəriyyəçisi Con Lokk (1632–1704) tərəfindən müəllifi olduğu "''İkinci dövlət traktatı''" (Second Tract of Government) əsərində formalaşmışdır. Burada özünümüdafiə əxlaqi baxımdan legitim hesab olunur, çünki bu, cinayətkar davranışın qarşısının alınması üçün zəruridir.
 
Rotbard və Lokk üçün mübahisəli olan zorakılığın istifadəsi deyil, zorakılığın dinc və günahsız insanlara qarşı istifadəsidir. Məhz bu səbəbə görə də libertarianlar mülki şəxslərin, eləcə də peşəkar əsgərlərin silah daşıma hüququna sahib olmasını dəstəkləyir. Bu hüquq fundamental hesab edilir və beləliklə, dövlətin varlığından belə əvvəl mövcüd olan qədim "''justum bellum''" (latınca – adil müharibə) prinsipinə qayıdılır. Bu prinsipə görə, hər kəsin özünü müdafiə etmək hüququndan imtina etmək, yəni zərərçəkən olmağı qəbul etmək azadlığı var, lakin fərdlərin özünümüdafiə və qoruyucu aparat təşkil etmək hüququnu inkar etmək libertarian prinsiplərinə ziddir. Buna uyğun olaraq, azad bir cəmiyyətdə özəl polis və ordu olardı, ancaq onlar günahsız insanlara təcavüz etməməlidir.