"Laylalar" səhifəsinin versiyaları arasındakı fərqlər

133 bayt əlavə edildi ,  2 il öncə
redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
<poem>
{{siyahı sütunlarla|5|
* A lay-lay, gülüm lay-lay,
Gülüm, bülbülüm lay-lay.
Böyü, sənin sayəndə,
Mən də bir gülüm, lay-lay.
 
* A lay-lay, quzum lay-lay,
Ayım, ulduzum lay-lay.
Sən hasilə çatınca,
Hər dərdə dözüm, lay-lay.
 
* A lay-lay, yenə lay-lay,
Can deyim sənə lay-lay.
Sənə gələn dərd, bəla,
Qoy gəlsin mənə lay-lay.
 
* Atım, tutum bu balanı,
Şəkərə qatım bu balanı.
Atası evə gələndə,
Qabağa tutum bu balanı.
 
* Balam gəlir yatmağa,
Böyüyüb boy atmağa.
Sabah yuxusu şirin.
Qıymaram oyatmağa.
 
* Balamın əl yaylığı,
Ortası zər yaylığı.
Hərə bir kərə desin,
Balama can sağlığı.
 
* Dağların lalasına,
Gözlərin qarasına.
Analar qurban olsun,
Öz körpə balasına.
 
* Əziziyəm, zirəsən,
Zəfəransan, zirəsən.
Qurban olum o günə,
Bir qapıdan girəsən.
 
* Xırdacasan, məzəsən,
Sən hər güldən təzəsən.
Qurban olum o günə,
Ayaq tutub gəzəsən.
 
* Lay-lay dedim adına,
Hay yetişsin dadına.
Boya-başa çatanda,
Məni də sal yadına.
 
* Lay-lay dedim biləsən,
Düşməyəsən dilə sən.
Boya-buxuna çatıb.
Oynayasan, güləsən.
 
* Laylay dedim boyunca,
Baş yasdığa qoyunca.
Baxım sәnә doyunca
 
* Laylay deyim boyunca,
Laylay dedim, can dedim,
Baş yasdığa qoyunca.
Pardaxlan qızılgülüm,
Bir iylәyim doyunca
 
* Laylay dedim, can dedim,
Yuxudan oyan dedim.
Sən yuxudan durunca,
Canımı qurban dedim.
* Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan.
 
* Laylay dedim yatınca,
Gözlәrәm ay batınca.
Gözümә şiş batırram,
Sәn hasilә çatınca
 
* Laylay quşlar havada,
Balaları yuvada.
Gecә-gündüz әllәrim
Sәnin üçün duada.
 
* Laylayım el başına,
Sancılsın tel başına.
Səni kim istəməsə,
Qalmasın il başına.
 
* Oyaq qallam yatınca,
Gözlәrәm ay batınca.
Qolum yasdıq eylәrәm,
Sәn hasilә çatınca.
 
* Yeni gül-çiçək olsun,
Yarpağı ləçək olsun.
Bir bala göstərin ki,