Vətən yaxşıdır: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Vikipediya}} Dumanlı dağların başında durdum, Dumandan özümə bir xeymə qurdum, Keçdi xəyalımdan öz gözəl yurdum, Dumanlar içində duman görünür....' ilə yarat
(Fərq yoxdur)

15:15, 7 dekabr 2020 tarixindəki versiya

Wikipedia logo Vətən yaxşıdır haqqında Vikipediyada məqalə var.

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir

xeymə qurdum,

Keçdi xəyalımdan öz gözəl yurdum,

Dumanlar içində duman görünür.

Xəzər Dənizi tək

eşqimlə coşdum,

Xülyalar içində sanki bihuşdum,

Vətən arzusu ilə nəğmələr qoşdum,

Tufanlar gözümdə dastan görünür.

Könüllər cəlb edən

bu xoş mənzərə,

Şövqümü

artırdı şerə qəzələ,

Çatdıqca

vətənim, elim nəzərə,

Təbiət də mənə heyran görünür.

Deyirlər bülbülə çəmən yaxşıdır,

İnsan üçün laləzar

vətən yaxşıdır,

Vahid sorma

vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm xəndan görünür.