Lal ol və danışma!: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{aydınlaşdırma|Lal ol və danışma!}} {{Başlıq | başlıq = Lal ol və danışma! | müəllif = Cəlil Məmmədquluzadə | il = 1906 | mənbə...' ilə yarat
(Fərq yoxdur)

20:24, 1 aprel 2021 tarixindəki versiya

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Lal ol və danışma! (1906)
Müəllif: Cəlil Məmmədquluzadə
Mənbə: "Molla Nəsrəddin", 7 aprel 1906, №1.

<poem> Ey dil, dəxi dinmə və sükut et, səni tarı,

                     Lal ol və danışma!

Sal başını aşağa və heç baxma yuxarı,

                     Mal ol və danışma!

Gər qeyriləri cəmdəyinə vursala, dinmə! Gər başın əyib peysərinə vursala, dinmə! Pamal edə düşmən səni səbr et, bala, dinmə! Ya zülm edə, ya boynuna kəndir sala, dinmə! Ya ruzunu cəbr ilə əlindən ala, dinmə!

        Sal başını aşağı və heç baxma yuxarı,
                         Lal ol və danışma!
        Gər qüssələnib eyləyəsən naləvu-zarı,
                         Mal ol və danışma!

Hər bir-iki gün dur ayağa, bağla dükanı, Get bir yavuq həmmamə, uzan, bağla hənanı, Yum gözlərini, dinmə və həm gözlə əzanı, Gər eyləmiş olsan gecə bir tövr xətanı, Get bir suya ta əxz edəsən rahəti-canı.

       Sal başını aşağa və heç baxma yuxarı,
                        Lal ol və danışma!
       Ey dil, dəxi dinmə və sükut ol səni tarı.
                        Mal ol və danışma!