Loğmanın nağılı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
k 185.81.81.11 (Müzakirə) tərəfindən edilmiş dəyişikliklər Araz Yaquboglu tərəfindən edilmiş dəyişikliklərə qaytarıldı.
Teq: Geri qaytarma
Sətir 1:
{{Başlıq
| başlıq = Loğman ilə ŞagirdininLoğmanın nağılı
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
Sətir 11:
}}
 
Biri var imiş, bir yox imiş, Loğman adında bir həkim var imiş. Bir gün Loğman(Usta) öz oğlunu da götürüb səyahət üçün başqa bir padşahın məmləkətinə gedir. Onlar az gedirlər, üz gedirlər, dərə, təpə düz gedirlər, axırda gəlib böyük bir şəhərə varid olurlar. Bir müddət Loğman oğlu ilə bu padşahın məmləkətində qalır.
Günlərin bir günündə məmləkətin padşahı bərk naxoşlayır, yorğan-döşəyə düşür. Şəhərin bütün həkimləri padişahın yanna gəlib onun dərdinə dərman tapa bilmirlər. Padşahın əmrinə görə məmləkətin hər tərəfinə adam gedir, car çəkir, həkimlikdən başı çıxan adamları padşahın sarayına dəvət edirlər. Amma padşahın mərəzi get-gedə şiddətlənib onu əldən salır. Bu gün ölər, sabah ölər deyə vəzir, vəkil hamısı əllərini padşahdan üzürlər. Bu səda Loğmanın qulağına çatır. O, dərhal özünü padişahın sarayına çatdırıb həkimlikdən başı çıxdığını bildirir. Vəzir, vəkil bu xəbərdən şad olub padşaha xəbər verirlər. Padşah bu xəbəri eşidən kimi, Loğmanı öz hüzuruna çağırıb deyir:
-Əgər məni bu naxoşluqdan qurtarsan, səni dünya malından qəni edərəm.