Ağaclar bar verər fəsli-çəməndə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '<poem> Ağaclar bar verən fəsli çəməndə, Söyüd də boy çəkib yırğalanmasın. Alar caynağına, parçalar, atar - Tülkü aslan üstə yorğalanmasın. Bəz adamın ağlı başda səy olar, Sənəti hərcayı söyləmək olar. Dərə xəlvət olsa, tülkü bəy olar, Şeşəldib quyruğun darğalanmasın. Ey Məhəmməd, meyil vermə harama, Naşı təbib neştər vurdu yarama, Mancanağa yaxşı sarı barama Sapın hamar çıxsın, sırğalanmasın. </...' ilə yarat
(Fərq yoxdur)

12:03, 14 iyul 2021 tarixindəki versiya

Ağaclar bar verən fəsli çəməndə,
Söyüd də boy çəkib yırğalanmasın.
Alar caynağına, parçalar, atar -
Tülkü aslan üstə yorğalanmasın.

Bəz adamın ağlı başda səy olar,
Sənəti hərcayı söyləmək olar.
Dərə xəlvət olsa, tülkü bəy olar,
Şeşəldib quyruğun darğalanmasın.

Ey Məhəmməd, meyil vermə harama,
Naşı təbib neştər vurdu yarama,
Mancanağa yaxşı sarı barama
Sapın hamar çıxsın, sırğalanmasın.