Uşaqdır: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 12:
<poem>
'''''Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!'''''
::::'''''Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!'''''
 
Atanın goru üçün, boşda bu tifli başına,
Keyfinə dəymə, söyə ya sənə, ya qardaşına,
Indicə-indicə ancaq yetir on bir yaşına,
::::Əqli kəsmir, hələ bir körpə uşaqdır uşağım!
::::Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
 
Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama,
Sənə söydükləri getsin başı batmış atama,
::::Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!
::::Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
 
Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri, -
Oğlu söydükcə fərəhdən açılır balü pəri;
Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri
::::Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım!
::::Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
 
Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!
Yəni məktəblə uşaq kamil edərmiş özünü?
Bir söyüşdən yana az danla bu tiflin üzünü!
::::Sozu lezzetli, şirin dilli uşaqdır uşağım!
::::Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
 
Deyilik erməni, zayə edək övladımızı,
Oxudaq gözləri açılmamış əhfadımızı,
Görmüşəm elm oxumuş heyvərə damadımızı,
::::Qoymaram məktəbə, bir qabil uşaqdır uşağım!
::::Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
</poem>