Koroğlu dastanı/Koroğluynan Aypara: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 64:
Qulluqçunun adı Sənəmdi. Aşağı düşüb Koroğlunu çağırdı. Koroğlu gəlib dayandı eyvanın qabağında, gördü ki, iki qız yan-yana durub, birbirindən gözəl. Aypara xanım xəbər aldı ki, kimsən?
Koroğlu sazını sinəsinə basıb dedi:
 
<poem>Birisinin ayağında məsti var,
Birisinin can almağa qəsti var,
Sətir 89 ⟶ 90:
 
Cavabında Koroğlu dedi:
 
<poem>Bir dəlim vardı ki, adıdı Eyvaz,
Sağında, solunda düşməni saymaz.
Sətir 95 ⟶ 97:
 
Aypara xanım Eyvazın adını eşidib yəqin etdi ki, Koroğludu. Bu tərəfdən də Koroğlu hörüyünü Ayparaya görsətdi. Aypara xanım Koroğlunu tanıyıb, əmisi oğlu Osmanın məhəbbətini ürəyindən çıxartdı. Bir könüldən min könülə vurulub özünü ona nişan verdi:
 
<poem>Adımdı Aypara, nəslim duduman,
Yaşıl çimən, axar sular, şux orman,
Sətir 113 ⟶ 116:
 
Koroğlu bir az da irəli gəlib Aypara xanımı təpədən dırnağa kimi süzdü, sazı döşünə basıb görək nə dedi:
 
<poem>Mən gedəndə burda tikdirdim qala,
Koroğlu dönübdü bu bürcü ala,
Sətir 130 ⟶ 134:
 
İndi eşit Ayparaynan Koroğludan. Koroğluynan Aypara xanım oturmuşdular eyvanda. Çay içib söhbət eləyirdilər. Birdən Koroğlunun gözü sataşdı yola, gördü ki, Osman atdılarnan ona sarı gəlir. Tez sazı döşünə basıb dedi:
 
<poem>Düşdü üzüyümün qaşı,
Olmamışdım mən heç naşı.
Sətir 142 ⟶ 147:
Sənəm çıxdı bizə xayın,
Dörd yanımı düşmən aldı.</poem>
 
Aypara bu sözü eşidən kimi Koroğlu baxan tərəfə baxıb gördü ki, Osman qoşunnan gəlir. Üzün tutub Koroğluya dedi:
 
Sətir 164 ⟶ 170:
– Necə qışqırmayım, Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi Xəlil paşanın evini alt-üst elədilər.
 
Koroğlu bunu deyib gözdən itdi, dərəyə çəkilib əlini belinə qoyub dayandı. Osman əmr verdi ki, qoşun əmisinə köməyə qayıtsın. Qoşun qayıdanda əl atıb atdarın birinin cilovuna, çəkdi dərəyə. Atdını boğub atını aldı. Qılıncını bağlayıb belinə, gözlədi. Bu tərəfdən qoşun gözdən itib getdi. O biri tərəfdən də tək qalan Osman özünü yetirdi Ayparanın qapısına. Qapını döydü. Aypara xanım qapını açmadı. Bu dəmdə Koroğlu Osmana özünü yetirdi. Osmanın qolun bağlayıb atdı bir yana.
qapısına. Qapını döydü. Aypara xanım qapını açmadı. Bu dəmdə Koroğlu Osmana özünü yetirdi. Osmanın qolun bağlayıb atdı bir yana.
 
Aypara xanım eyvandan baxırdı. Bunu görüb Koroğluya dedi:
Sətir 181 ⟶ 186:
Dəlilər razı olub Qıratı da özləriynən götürüb getdilər. Dəlilər oba-oba, şəhər-şəhər gəzib Koroğlunu axtarırdılar. Dəlilər gəzməkdə olsun, xəbər verək Xəlil paşadan. Xəlil paşa elan verdirmişdi ki, kim Koroğlunun yerini bilib desə bir kisə qızıl verəcək. Sənəm Koroğlunun əlindən yanıqlıydı. Özlüyündə and içdi ki, harda olsa Koroğlunu tapacam. Düşüb oba-oba onu gəzdi.
 
İndi xəbər verək Koroğludan. Koroğluda bir xasiyyət vardı, həmişə işi bərkə düşəndə, ya pis yuxu görəndə çıxıb hündür bir yerdə namaz qılardı. Koroğlu dəliləri yuxuda görüb, əhvalı bir az dəyişmişdi. Qalaçanın təpəsinə çıxıb namaz qılırdı. Sənəm də el-obanı gəzib gəlib çıxmışdı bura. Birdən gördü ki, ucadan səs gəlir. Sənəm yeridi irəli, gəlib yetişdi qalaçaya, baxıb diqqət etdi ki, Koroğlu burdadı. Ayparanın da qucağında uşaq eyvanda gəzişir. Tez özünü Xəlil paşaya yetirib dedi:
diqqət etdi ki, Koroğlu burdadı. Ayparanın da qucağında uşaq eyvanda gəzişir. Tez özünü Xəlil paşaya yetirib dedi:
 
– Koroğlunun yerini tapmışam. Qızın Aypara xanım da onun yanındadı.
 
Xəlil paşa əmr verdi ki, qoşun hazır olsun. Qoşun hazır oldu. Sənəm qoşunu birbaş götürüb çıxartdı Koroğlu olan yerə. Sənəm qoşuna sərkərdəlik edib qoşunu dağın döşündə gizlətdi. Gecədən xeyli keçmişdi ki, Sənəm qoşunu götürüb gəldi Koroğlunun qalaçasına. Sənəm kəmənd atıb düşdü həyətə. Qapını açıb qoşunu çəkdi içəri. Eyvana çıxıb gördü ki, Koroğlu Aypara xanımnan yatıb. Uşağı da qoyublar özlərindən bir az aralı. Əmr verib tez Koroğlunun, Ayparanın əl-ayağını bağlatdı. Bir vədə Koroğlu uşağın səsinə ayılıb gördü ki, düşmən dört tərəfi alıb. Burda bir qapa qapdı ki, gəl görəsən. Koroğlu bir uşağa, bir də Ayparaya baxıb dedi:
 
<poem>Dərələrdə ucalıbdı bol qamış,
Qamışı qırmağa gəlibdi camış,
Biz yatmışıq, Sənəm çoxdan oyaqmış,
Oyan, qollarımı Sənəm bağladı.</poem>
 
Aypara xanım səs ayıldı. Amma yuxuluydu. Oturub yerinin içində baxırdı, bilmirdi ki, nə olub. İstədi gözlərini ova ki, yuxusu qaçsın, gördü qolları bağladı. Koroğlu alıb dübarə dedi:
 
<poem>Düşman gəlib dörd tərəfim haxladı,
Koroğlunun ürəyini dağladı.
Bu məclisdə Koroğludu ağladı,
Ayıl, qollarımı Sənəm bağladı</poem>.
 
Koroğlu dartınıb qollarını açdı, oğlunun qoluna bir bazu bənd bağladı. Sənəm Aypara xanımı, Koroğlunu, bir də uşağı götürüb qatdı qoşunun qabağına. Üz qoydular Xəlil paşanın imarətinə sarı. Sənəmgil yolda Koroğlunun uşağını bir daşın dibinə qoyub çıxıb getdilər. Xəlil paşaya xəbər çatdı ki, Koroğlu tutulubdu. Paşa əmr elədi ki, Koroğlunu aparıb salsınlar quyuya. Qızı Ayparanı da zindana saldırdı. Koroğlunu gətirib bir dərin quyuya saldılar.
 
Sətir 203 ⟶ 211:
 
Dəlilər kəmənd atıb Koroğlunu quyudan çıxartdılar. Aldı, Koroğlu:
 
<poem>Dəlilərlə barışanda Koroğlu,
Yedirdər onlara nabatnan noğlu,
Sətir 218 ⟶ 227:
Ayparam qalıbdı düşmən əlində.
</poem>
 
Koroğlu sözünü tamam elədi. Qıratı çəkib ayaq qoydu üzəngiyə, dəlilərə dedi: