Xali ki, düşüb cana, ol ləli-tər üstündə

Xali ki, düşüb cana, ol ləli-tər üstündə
Müəllif: Əbülhəsən Vaqif
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Xali ki, düşüb cana, ol ləli-tər üstündə,
Sandım ki, miçək düşmüş şəhd-şəkər üstündə.

Zülfündü tutub, ey məh, rüxsarın edib tirə,
Ya əbri-siyəh çin-çin yatmış qəmər üstündə.

Purpiç olub zülfün, ruyində vurub həlqə,
Əfidi yatıb güya ganci-gövhər üstündə.

Meyxanədə gər olsa bəhs ol ləbi-ləlindən,
Qönçətək ağız açma, qanlar düşər üstündə.

Cəllad gözün çəkmiş uşşaqə əcəl tiğin,
Amadə durub şaha qaşın bəsər üstündə.

Ruyində o kəc zülfə əl vurma, aman, Vaqif,
O hələm ilə o məh üzündən əqrəb gəzər üstündə.