əllərini qızıla tutaram.[1]

Şəki xanı bir gün ustanı yanına çağırıb deyir: — Qocalmışam, istəyirəm adımı əbədiləşdirən bir saray tikdirəm. Gərək dünyada ona bərabər ikinci bir saray tapılmasın.

Mahir usta xanın qabağına şərt qoyur : — Əməyimi qiymətləndirsəniz, tikərəm.

Xan dərhal razılığını bildirir: — Əgər saray ürəyimcə olsa, o qurub-yaradan Qoca usta qoca xana etiraz edir: — Qızıl qiymət ölçüsü deyil, xan. Mən istəyirəm, siz sənətə, sənətkara qiymət qoyasınız.

Xan ustaya söz verir. Usta şəyirdlərini başına toplayıb işə başlayır. Vaxt tamam olanda hamı gəlib saraya baxır. Xan görür ki, usta, doğrudan da, möcüzə yaradıb. İkimərtəbəli binada bir dənə də olsun mismar işlətməyib. Əlvan rənglər, heyrət doğuran şəbəkələr, divarlarda məhəbbət və qəhrəmanlıq dastanlarından götürülmüş süjetli şəkillər, günəş işığında bərq vuran şüşə günbəzlər əsl sənət incisi idi.

Sarayın gözəlliyindən olduqca məmnun qalan xan ustadan soruşur:

— Əhsən əllərinə, usta! De görüm, bundan da yaxşı saray tikə bilərsənmi? — Xan sağ olsun, tikərəm!

Xan marağını gizlədə bilmir :

— Bəs niyə mənim sarayımı bundan yaxşı tikməmisən, hansı cəsarətlə bütün bacarığını və məharətini əsirgəmisən?

Qoca usta qəzəbli xanın qarşısında susmur:

— Xan sağ olsun, insanın, sənətkarın əməyini qiymətləndirəndə yaradan əllər qara daşdan sədəf düzəldir.

Xan qəzəblənir:

— Bəs sənə verdiyim bir ətək qızıl?

— Siz mənə əməkhaqqı vermisiniz, amma sənətimə qiymət verməmisiniz.

Xan qeyzini fərmana çevirir:

— Sən nankorsan, qədirbilməzsən. İndi sənin o yaradan əllərinin başına bir oyun açım ki, bütün ustalara, sənətkarlara dərs olsun. Xanın əmrilə qoca ustanın yaradan əllərini, bir ölkəni yaraşığa mindirən əllərini kəsirlər.

— Sən zalımsan, zülmkarsan! Ancaq beləsi yaradanı kəsə bilər. Onu bil ki, onun yaratdıqları intiqamı səndə qoymayacaq, onların arasında rahat nəfəs ala bilməyəcəksən, kef-işrət məclisləri qura bilməyəcəksən. O binalar sənin deyil, mənimdir. Onlar səni qəbir kimi sıxacaq. Xan ustaya istehza ilə gülür:

— Yaradan əlləri kəsdirmişəm, onlar bir də qurub-yaratmayacaq.

Qoca usta əllərinin ağrısını unudur, xandan betər istehza ilə gülür: — Sənə elə gəlir ki, mənim əllərimi kəsmisən. Amma buna sənin gücün çatmaz. İndi mənim əllərim şəyirdlərimdədir. Məndən sonra onlar qurub-yaradacaqlar.

— Gərək əvvəlcə dilini kəsəydim, sonra əllərini. Gec də olsa, səhvimi düzəldərəm.

Xan böyük, tarixi abidələr yaradan bir sənətkarı öldürtdürür.Usta ölsədə şəyirdləri onun sənətini davam etdirirlər

  1. http://portal.azertag.az/az/node/13312