Ya Rəbbi Settarül-üyub, səndən dilərəm ümmətüm

Ya Rəbbi Settarül-üyub, səndən dilərəm ümmətüm
Müəllif: Yunus Əmrə
Mihıacati-Mühəmməd
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Ya Rəbbi Settarül-üyub, səndən dilərəm ümmətüm,
Ya Həyyü Ğəffaruz-zünub, səndən dilərəm ümmətüm.

Bu dəm münacat eyləyüb, bin dürlü hacət söyləyüb,
Özüm məlamət eyləyüb səndən dilərəm ümmətüm.

Yücə qıldum himmətümi kim, qurtaram ümmətümi,
Əsirgegil bən yetimi, səndən dilərəm ümmətüm.

Atam-anam İstəməzəm, dünya qayğusm yeməzəm,
Ümmətüm əldən qomazam, səndən dilərəm ümmətüm.

Yüzümü yerə uruban, qapulara toğru turuban,
Şükran ə canum verübən səndən dilərəm ümmətüm.

Bu dem ki toğdum anadan, keçdüm bu fani xanadan,
Əl yumtşam viranadan, sendən dilərəm ümmətüm.

Şimdi ki başum qalduram, gözüm yaş ile tolduram,
Ahum cəhanə bildürəm, sənden dilərəm ümmətüm.

Ümmətim içün gəlmişəm, himməti yücə qılmışam,
Milkü canə gəlməmişəm, səndən dilərəm ümmətüm.

Çün bu qonağa qonmışam, himmət atına hinmişəm,
Ümmət odına yanmışam, səndən dilərəm ümmətüm.

Gəlməmişəm uçmağ içim, ya hurilər qucmağ İçün,
Şol bir avuc toprağ içün səndən dilərəm ümmətüm.

Adum Mühəmməd verəsin, dərdüm yenə sən biləsin,
Ən'amü ehsan qılasın, səndən dilərəm ümmətüm.

Qatlandum ümmət gücinə, baqmazam ayruq ucma,
Qalmağıl ümmət suçına, səndən dilərəm ümmətüm.

Ol Turi-Sina həqqiçün, Məkkə vü Mina heqqiçün,
Şəhri-Medinə həqqiçün səndən dilərəm ümmətüm.

Sənsin Əhəd, sənsin Səməd, ehsanuna yoqdur eded,
Bir Yunusa irgür mədəd, səndən dilərəm ümmətüm.