Yarasıdı
Yarasıdı Müəllif: Ərzurumlu Əmrah |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Dedim: Dilbər didələrin islanmış,
Dedi: Çox ağladım, sel yarasıdı.
Dedim: Dilbər yanaqlann dişlənmiş,
Dedi: Zülfum dəydi, tel yarasıdı.
Dedim: Dilbər yanaqlann al olmuş,
Dedi: Menə bu gün başqa hal olmuş.
Dedim: Dilber yanaqlann gül olmuş,
Dedi: Çiçək dəydi, gül yarasıdı.
Dedim: Əmrah ağlın başından aldın,
Dedi ki, cahanda mənimi buldun?
Dedim: Dilbər neçin saraldın, soldun?
Dedi: Çəkdiciyim dil yarasıdır.