Yavlaq əcaib gəldi bana dünya içində işbu hal

Yavlaq əcaib gəldi bana dünya içində işbu hal
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

  
Yavlaq əcaib gəldi bana dünya içində işbu hal,
Gecə qonuq olan kişi genə sabah köçər filhal.

Əgər gerçək qonuğ isən, aç gözün oyanuğ isən,
Sen bu sözə tanuğ isən, gerü qalur mülk ilə mal.

Malımı bır-iki(lər) yer, sen anda hesabını ver,
Sənindür(ür) bir adım yer, görə necə urılur qal.

Kəndün görürkən ye yedür, yoqdur deyü etmə üzr,
Bu dünyada hasil nədür, xeyrilə bazan ver al.

Bən deyəyin sözün Heqqin, eşit, unutma, key saqın,
Uş qiyamət gəldi yaqın, könlündən keçməsün xəyal.

Andan İsrafil sur ura, ölənlər yerindən tura,
Keçə dövrani-ruzigar, eylə yazmış Cəllə-cəlal.

Sultanü qullar bir ola, anda qatı hallar ola,
Dəxi ayruqsı sirr ola, qorqulu iş anda mühal.

Bunda qorqmaz isən, Yunus, anda qorqudurlar seni,
Əgər dirligün Həqq isə siratı keçəsin səhl.