Yoq yerə keçirdüm güni, ah, nedəyim Ömrüm, səni

Yoq yerə keçirdüm güni, ah, nedəyim Ömrüm, səni
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Yoq yerə keçirdüm güni, ah, nedəyim Ömrüm, səni?
Senünle olmadum ğəni, ah, nedəyim ömrüm, səni?

Gəldİmü keçdüm, bilmədüm, ağlayub ğüssə yermedüm,
Səndən ayrılam demədüm, ah, nedəyim ömrüm, səni?

Xeyrüm, şərrüm yazıhsar, ömrüm ipi üzülisər,
Surət bəndən bozulısar, ah, nedəyim ömrüm, səni?

Gedüb gerü gəlməyəsin, gəlüb bəni bulmayasın,
Bu benlige sermayəsin, ah, nedəyim ömrüm, səni?

Qam sana güvendigüm, güvənübən yuvandığum?
Qaldı külli qazandığımı, ah, nedəyim ömrüm, səni?

Miskin Yunus, gedisərsin, əcəb səfər edisərsin,
Həsrət ile qalısarsın, ah, nedəyim ömrüm, səni?