Zühur еylədi cümlə əşyada həq

Zühur еylədi cümlə əşyada həq
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lidеr nəşriyyat", 2004. səh.240.

Zühur еylədi cümlə əşyada həq,
Qanı bir bəsirətli, açıqnəzər.

Nəsimi kimi vahid ol yarilən,
Ikilik sifətdən ikilik bitər.

Ikilikdə qalan əzazil olur,
Mələksiyrət insan ol anı gidər.