Zehi şirin xulu dilbər durağı rəvan içində

Zehi şirin xulu dilbər durağı rəvan içində
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Zehi şirin xulu dilbər durağı rəvan içində,
Can evini ol almışdur, ayuruq nə sığar anda?!

Can içində dostı bulan ayruq nə yerdə istəsün?!
Anı taşra sananlarım ömri keçdi pərakəndə.

Anun eşqinün çözgüsİ kəndüdə göstərdi bizi,
Könül əsrük, Həqqə aşiq, əsir olmış bu dərmanda.

Anı bana sorar isən, bu yönüm dostdan yarıadur,
Hər nə haldə yürür İsəm, mehrüm arta durur gündə.

Bu surətdə kim var dəxi yönin ayruq yana dönə,
Bənüm varlığum dost aldı, əsərümdür qalan bunda.

Anı bana soranlara necə nişan aydı verin?
Diliylə kim ayda bilə bu eşqün durağı qanda?

Zehi ilahi dövletdür kimə yoldaş olur isə,
Kim dost ilə sürdi eşqi bu arada, bu məkanda.

Dost yüzini görən kişi kəndözini qoyasıdur,
Dünya dutan gələn hərif dutsaq olur bu ərkanda.

Gör necə şirindür(ür) ki, qocalar(ı) yigit eylər,
Ayılmadı əsrükligi, nə şur edər bu meydanda.

Yunus, gel gör aşiqləri necə yavı varub durur,
Dünya axrət əldən qoyub nə verəndə, nə alanda.