"Şair"lərimizə nəzirə

"Şair"lərimizə nəzirə
Müəllif: Mirzə Ələkbər Sabir


Ey alnın ay, üzün günəş, ey qaşları kəman,
Ceyran gözün, qarışqa xəttin, kakilin ilan.

Alma çənən, çənəndə zənəxdan dərin quyu,
Kirpiklərin qamış, dodağın bal, tənin kətan.

Boynun surahi, boy-buxunun bir uca çinar,
Əndamın ağ gülüş, yanağın qırmızı ənar.

Xalın üzündə buğda, başında saçın qürab,
Qah, qah!... qəribə gülməlisən xaniman xərab!..

Mənbə

redaktə
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 176