Vikimənbə:Məsuliyyətdən imtina

Vikimənbə məlumatların dəqiqliyinə təminat vermir

Hamının redaktəsinə açıq olan virtual-kütləvi kitabxana — Vikimənbə könüllü surətdə çalışan və insan biliklərinin ümumi bazasını formalaşdıran şəxslərin və qrupların bir araya gəldiyi cəmiyyətdir. Vikimənbənın quruluşu İnternetə çıxışı və brauzeri olan istənilən şəxsə onun məzmununu dəyişmək imkanı verir. Ona görə də nəzərə alın ki, burada yer alan məlumatlar müvafiq sahələrdə bilikləri olan peşəkarlar tərəfindən yoxlanılmamış ola bilər. Bu isə o deməkdir ki, Vikimənbəda istənilən mövzu ilə bağlı məlumatlar tam dolğun, dəqiq və etibarlı sayılmır.

Bununla belə Vikimənbəda lazımlı və dəqiq məlumatların az olduğunu da demək olmaz. Amma siz bilməlisiniz ki, Vikimənbə ondakı məlumatların dəqiqliyinə heç cür tam təminat verə bilməz. Bu məlumatlar siz onları oxumamışdan cəmi bir neçə saniyə əvvəl dəyişdirilə, zərərli redaktələrə məruz qala və ya fikirləri sizi maraqlandıran elm sahəsində ümumi qəbul olunmuş fikirlərdən fərqlənən biri tərəfindən yazıla bilər.