"Əkinçi", 13 may 1876, №9/Məktubat
←Əf’ali-əhli-dehat | "Əkinçi", 13 may 1876, №9 |
Elm xəbərləri→ |
F ə s i l II. Ticarət sözü 12-yə qaldı.
Cənab Ağa, cəddin fədası olum, məktubunuz mülahizə oldu.
1) Mənim şüəra ilə ədavətim ya sair nas ilə xüsumətim yoxdur. Mətləbimiz əsasimə’muriyyətə bais olan səbəbləri və ona eyib yetirən illətləri bəyan etməkdir ki, aya cəhət nə olmuş ola ki, miləli-digər bu qədər tərəqqi tapıb, millət, məmləkətləri məmur olub və illət nə olub ki, bizim millət, məmləkət tənəzzül etməkdədir. Lihaza elmdən başqa məmuriyyət üçün bir səbəb və cəhldən savayı xarabalığa bir illət olmadığına binaən qəvaidi-mə’mulə və əlfazi-mərsumə və əf ali-adiyə və əsnafi-mütədaviləni mizani-rüchan ilə müvazinə edib onun mə’muriyyətə olan nəf və zərərin beqədri-məqdur din qardaşları üçün bəyan edirik. Hərgah bir faydası ola fəbihəl-mətlub. Olmuya, zərəri həm yoxdur. Əz-cümlə sinfi-şüəranın əsasimə’muriyyətə olan nəf və zərərin mizani-rüchanə qoyub, küffeyi-xüsranin çox səngin görüb və əşşüəraü yəttəbiü-hümül-ğavun118 ayəsinin hikmətinə müntəqim olub, ilələlləzinə amənu istisnasının zimnində olan və ülumül-səlahət şərtini onlarda görməyib ağıl və şər'hökmü ilə anladığımızı bəyan etmişik.
2) ġər'i-mübin ki, əqli-külli-müəbbirnas üçü qərar verib ta xalq o müəbbirdən keçsin, silabi-cəhalət onları qərq etməsin, onun batininə ağ olanm cəzası ruzi-cəzaya qalır. Amma zahirinə ağ olan üçün fəmən yə’məl misqalə zərrətin xeyrən yərəh və mən yə’məl misqalə zərrətin şərrən yərəh 119 ayəsinin hökmünə binaən divanxanəhayi-dövlətidə hər kəsin əməlinin şərrinə tənbeh olmaya, büsati-şəriət ki, əvvəlin əsasi-mə’muriyyətdir, bərhəm olur. Bu surətdə necə olur ki, zahiri-şəriətə zidd olan mətalibi-kütübi elm qərar verib ibtidada tə’limi-ətfal etsinlər?
3) Bu ki deyirlər mənzuri-şüəra bu badə və sadə deyil, bu mətləb xilaf və təlbis büsatıdır. Ona binaən ki, lisan qəlbin xahişini hekayət edir, əz kuzə birun haman təravət ki, dərust120. Hər aşiq öz yarın çağırır. Söz ağızdan hər nə çıxdı odur, ya xeyir, ya şərr. Bu tə'vilat müştəbehkarlıq yoludur ki, bu libas ilə öz mətahların xərcə versinlər, amma belə xüsuslarda şəriət tə’vil qəbul etməz. Hər şey ki, zahiri-şəriətə zərər yetirə, lazimül-hədd olur.
4) Bizim peyğəmbər rəhmətül-aləmin olduğuna bizim dünya və axirətimizi mə’mur istəyib, dünya mə’murluğuna elmi-əbdanı və axirət abadlığına elmi-ədyam əsbab qərar verib və bu elmi-əbdanda şərabı çox müzürr bildiyinə qədəğəni-şədid edib. Ona binaən ki, şərab içən ya məst olur ya xumar. Təhsili-dünya və axirətdən qalıb xar və zəlil olur. Əlbəttə razı olmaz ki, nəhyi-şədid olan şey məcazən ya tə’vilən mədh olunsun. Qərəz, hər sahibi-əql mültəfit olsa bilər ki, tə’vilat özün günahdan xaric etmək üçün üzr yoludur, amma şəriət qəbul etməz. Əgər deyələr ki, miləli-xaricə nədən şərab içməklə zəlil, xar olmayıb? Cavab: onlar ah içir, kifaf key dəhəd in badəha bəməstiyi-ma121, deyib palçıq küpünü boşaldıb, ət küpünə doldurmazlar. Onların içində çox içib məst olan üçün heç bir yerdə məhəl yoxdur, xüsus əhli-divan və əhli-ləşkər ola bilməz ki, aləmi-badi-fənaya versin.
5) ġəriət ki, hakim və soltani-əslidir, hər şeyi ki, qadağan buyurub, onun müzakirəsi həm qadağandır, məgər bər səbili-nəhy və təhdid. Amma müzakirə mədh yolundan xah tə'vilbərdar ola, xah olmaya, lazımülhədd olur. Pəs necə ki, namaz müxlisləri föhşayi-münkirdən saxlar, əgər nəzmi-şəriət möhkəm ola, ümum nası föhşayi-münkirdən saxlayıb, məcburi-e’mali-xeyrə salik edər.
6) Ənvari-xəmr ya vildani-müxəlləd ki, Qurani-məciddə zikr olub, o ayatın şüəranın şerinə şəbahəti yoxdur, onun ziddidir. Bu badə və sadəpərəstliyi nəhy etmək üçün o ne’mətləri cəzayi-üxrəvi qərar verib.
7) ġeyx Bəhainin muradı eşqi-vəchi-həsəndən əmarid deyil, nisvandır, tənagəhu, tənasəlu babətindən buyurub.
8) O əş’ar şayəd ki, Əbu Əli kəlamı ola. Ona binaən ki, ol cənab həkimdir. Bərfərz özü aqil həm olsa, zahiri-şəriətə nüqsi olan kəlamı deməz, xah tə'vilbərdar ola, xah olmaya. Zira ki, o, bu hikmətə xəbərdardır ki, əvamünnas tə'vilin qanmayıb yoldan çıxar.
Ehtimal var şüəra öz mətaların rəvac etməkdən ötrü o əş’an ona bağlayıblar, çün bu qəbil əsnaf öz mətalarının rəvacına binaən bir ərəbi ya farsi kəlamipeyğəmbər ya imam ya üləma dilindən qayırıb deyirlər. Belə ki, kimyagər və məşşaqlar xüzilfərrar vəttəlqa122 kəlamın mövləl-kövneyn Əli əleyhüssəlama nisbət verib xalqı aldadıb, xanə-xərab edirlər. Bu kəlamın xilafına dəlili-vazeh budur ki, imam sərgərdanlıq sərmayəsi xalqın əlinə verməz.
9) Əşcəüs-səqəleyn Əli əleyhüssəlamın fərmayişi o şəxs xüsusundadır ki, öz mövlasına ağ olan şüəra kəlamına nə dəxli var ki, əğrazi-nəfsanilə din qardaşların həcv edirlər.
10) Məni həcvi-şüəradan qorxutmuşduz. Mən ayinə kimiyəm, hər kəs məndə öz camalın görər və bir də kəlam şəxsin ətri və buyidir, gülün ətri öz lətafətin və mütəəffin şeyin buyi öz xəbasətin zahir edir.
11) Məktubi-cədidinizdə yazılan mətalib mübahisələrdir ki, əl elmü nüqtətün kəssərəhümül-cahilun123 babətindən suyu həvəndə döyən kimi döyməkdən yaryoldaşdan geri qalıb, öz evimizi xərab etmişik. O cavablara yaxşı əqli və nəqli cavablarım var, lakin vaxtımız yoxdur. Olur ki, bə’dha kəm və piş yazılsın.
Əhsənül-Qəvaid
- * *
Badkubəli molla elmi-əbdan bəhsində mətləbi-xəmisi belə bəyan edib. Dünya və dünyəvi ibarətdir bu aləmdə ömr edən vaxtda vaqe olan ümurdan ilaxirə. Əvvələn, şəxsi-sail dünya və dünyəvi, axiri və üxrəvi mənasının sualın etməyib ki, biz onlardan ibarət olan ümuru bəyan edək.
Saniyən, əgər elmi-əbdam cənab molla məhz dünyaya tə'vil edibsə, pəs işlərin ibtidası ki, bielmi-kamil məhəlli-vüqu'dan kənardır, o əşxasi ki, dünyada zindəganlıq edib və ənva ülumdan əlləri xalidir, axirət əməli ki, bir qeyri aləmə mövqufdur, nə yol ilə demək olur ki, məhsusi dərk eləməyən kəs mə’qulə yol tapa bilsin.
Salisən, ümuri-vaqeə ki, bu zaman ömrdə vaqe olur, əgər şəxs bəsirət gözü ilə abavü əcdadının məişətin öz məişəti ilə mütabiq eləsə, görə bilər ki, tərəqqi-elm və məratibi-məişət və süubəti-ümur bir payədədir.
Rabiən, ümuri-vaqeə hər millət və hər tayfa içində yaxşı olsa, mərkəzi-xeyir və yaman olsa, mərkəzi-şərrə race olacaqdır. Əməli-xeyir əgər məcus və nəsari əlindən çıxa xeyir və əməli-şərr əgər müsəlman əlindən çıxa şərdir. Sailin mətləbi ə’mali-xeyir üstündədir ki, əsbabi-mədəniyyəti cəm edər.
Xamisən, neməti-dünyəvi və üxrəvi həzrəti-Məhəmmədül-Mustafa buyurmaqlığı ilə əhli-islam üçün müəyyən olunubdur. Elmi-əbdan və əqli məaş qüvvəsi ki, şərafəti-insana dəlildir, şəxs əmələ gətirsə, aləmi-ənasir ilə nizam tapar ki, behiştdən nümunə olur.