"Əkinçi", 13 may 1876, №9/Təzə xəbər

Elm xəbərləri "Əkinçi", 13 may 1876, №9

Bu il Qafqazın Badkubə və qeyri quberniyalarında çox quraqlıq olduğuna indi bahalıqdır. Məsələn, buğdanın putu şirvanda 1 manat, Badkubədə 90 qəpikdir. Badkubəyə İrandan düyü çox gəldiyinə putu 55 qəpiyə olub. Ona binaən bəzi kəslər 3 hissə buğda ununa bir hissə düyü unu qarışdırıb çörək bişiriblər. Deyirlər ki, çox ləzzətli olur, şirin olur. Düyü buğdadan qüvvətsiz olduğuna (insana ət gətirən şeylərin qədəri buğdada birə üç düyüdən ziyadə olur) ol çörəyin elə qüvvəti olmaz. Ona binaən məsləhət edirik ki, düyüdən süzülməyən aş bişirib onu ət, balıq, lobya, noxud ilə ya aşı soyudub çörək kimi yağ, pənir ilə yesinlər.

  • * *

Keçən aprelin 28-də Badkubədə ermənilər teatr çıxartdılar ki, ondan cəm olan məbləğ ilə bu il gimnaziyadan qurtaran fəqir uşaqları Peterburqa elm təhsil etməyə göndərsinlər.

  • * *

Şirvan uyezdinin Zərdab kəndindən yazırlar ki, bu il çox çəyirtgə əmələ gəlib, amma quraqlıqdan ələfiyyat olmadığına bir-birini yeyib tələf edirlər.

  • * *

Bu halda yer üzündə olan qəzetlər tamam Osmanlı işindən danışır. Osmanlının İstanbul və qeyri şəhərlərindən gedən teleqram dünyanı doldurub. Bosnə və Qerdseqovinədə olan cəng dəxi şiddət edir. Bolğar vilayəti həm cəng başlayıb. Krit cəzirəsinin, hətta İstanbulun öz əhli dövlətdən özləri üçün bəzi ixtiyarlar istəyirlər. Xülasə, işlər çox pərişandır. Mahmud Nədim paşa ki, soltanın əvvəlinci vəziri idi əzl olub, onun yerinə sərəsgər Hüseyn Ovni paşa təyin olub. Bu səbəblərə binaən indi Rus, Avstriya, Prus vəzirləri Berlin şəhərinə yığılıb məsləhətdədirlər. Deyirlər Osmanlı ilə cəng edən vilayətləri Avstriya əsgəri zəbt edəcək ki, dövləti-Osmani onların əhlinə və’d elədiyi ixtiyarları verincən orada qalsın. Xülasə, tamam Avropa dövlətləri səy edirlər ki, cəng olmasın.

  • * *

Yazırlar ki, İran dövləti Qarun çayının kənarlarını ki, iəttül-ərəb tərəfdədir, bir firəng kampaniyasına altmış ilə icarəyə verib ki, orada qənd qamışı, pambıq, üzüm, şimşadi-leyl əksin, atəş gəmiləri saxlasın, fabrikalar açsın.

  • * *

Amerikanın Filadelfi şəhərindən yazırlar ki, bu may ayının 10-da əcayibatxana açılacaq.

  • * *

Ə'lahəzrət padşahi-imperaturi-Rus Berlin şəhərinə səyahətə gedib.

  • * *

Peterburqun şəhər icmaı hökm edib ki, şəhərdə olan bisahib itləri tələf etsinlər və hər kəs it saxlamaq istəsə, hər itə 1 manat şəhər üçün xərc versin.