"Əkinçi", 14 aprel 1876, №7/Elm xəbərləri

Məktubat "Əkinçi", 14 aprel 1876, №7

Təzə xəbərlər


Kənd və kiçik şəhər əhlinin ömrü böyük şəhərlərdə sakin olanların ömründən uzun olur. Ona binaən ki, kənd əhli təmiz havada və günün işığında, amam böyük şəhərlərdə izdiham kəsrət olduğuna onların əhli natəmiz havada və çırağ, şam ya qeyri yandırılan şeylərin işığında güzəran edillər.

Germaniyanın Leypsiq şəhərində sakin olanların və ol şəhərlərin evlərinin hesabına gedib belə mə’lum ediblər ki, ol şəhərdə olan otaqları 3 yerə hissə etsək ki, 1-ci hissədə hər bir otaqda 1-2 və 2-ci hissədə 2-3 və 3-cü hissədə 3 ya dəxi ziyadə adam sakin olur, ol vaxt 1871-ci il sənədə 1-ci hissədə hər 1000 adamdan 23 və 2-ci hissədə 1000-dən 33 adam və 3-cü hissədə 1000-dən 40 adam vəfat edib. 1872-ci sənədə 1-cidə 1000-dən 18 və 2-cidə 1000-dən 23 və 3-cü hissədə 1000-dən 30 adam vəfat edib.

  • * *

Firəngistanda 10 illik müddətində vəfat edən kəslərin hesabına gedib biliblər: 25-30 can yaşı olan kişilərdən hər ildə vəfat edib: evli kişilərdən 1000-dən 6, evsiz, yəni subaylardan 1000-dən 10 və dul kişilərdən 1000-dən 22 adam. 30- dən 35-cən yaşı olan kişilərdən: evli 1000-dən 7, evsiz 1000-dən 11, dul 1000-dən 19 şəxs vəfat edib.

Xülasə, 20 yaşdan ziyadə olan kişilərdən kəbinli övrəti olan az vəfat edir, amma ol yaşda olan subay kişilər artıq və dul kişilər dəxi artıq vəfat edir, yəni ol yaşda kişilərin ömrünü kəbin uzun edir. Amma 20 yaşından az olan kişilərin kəbinli övrəti olanda onlardan hər il 1000-dən 50 şəxs vəfat edir, yəni 20 yaşınacan olan kəbin kişinin ömrünü qısa edir, amma 20 yaşından ziyadə olan kişilərinkin uzun edir. Həmçinin övrətlərin də ömrü kəbində uzun olur, əgər kəbin 20 yaşından sonra olmuş ola. Amma 20-dən az olsa onların da ömrünü qısa edir.

  • * *

Firəngistanda təcrübə olunub ki, vəba naxoşluğu misgər və qəleyçi və qeyri mis işlədən kəslərə dəymir. Məsələn, Parij şəhərində 1819-cu sənədə misgər silki bina olub. Ol zamandan bəri zikr olan şəhərə bir neçə dəfə vəba naxoşluğu düşüb, amma məzkur silkdən heç bir adam ol naxoşluqdan vəfat etməyib.

Miyatinto şəhərinin ətrafında ki, mis mədənləri vaqedir, heç vəba naxoşluğu görünmür.