"Əkinçi", 16 yanvar 1876, №1/Daxiliyyə
"Əkinçi", 16 yanvar 1876, №1 |
Əkin və ziraət xəbərləri→ |
Cənab sərdarın hökmünə binaən mart ayının əvvəlinəcən Qafqazda dadistəd edənlər gərək özlərinə şəhadətnamə və bilet alsınlar. Ona binaən bu halda bizim dadistəd edənlərimiz tamam fikrə gediblər ki, aya hansı qism tüccarlar silkinə özlərini yazdırsınlar və ol silkdə onların nə ixtiyarları olacaq. Bu səbəblərə biz özümüzə vacib bilirik bəqədri-məqdur onların ixtiyarlarının mə’lum edək. Dadistəd edənlər üç qismdir: əvvəlinci və ikinci qism gildi hesab olunur, amma üçüncü qism gildi deyil və özü də beş firqədir: birisi xırda alış-veriş etmək, birisi malları yük ilə gəzdirmək, birisi malları əldə gəzdirmək, birisi sənətkarlıq və birisi amillik.
Bu səfər xırda alış-veriş edənlərin ixtiyarından danışacayıq. Hər xırda alış-veriş şəhadətnaməsi alan kəs iki qism dükan aça bilər: ya örtülü yerdə, məsələn, karvansarada, ya açıq yerdə. Örtülü yerdə açılan dükanda sata bilər: 1) Hər bir qism taxıl və un. 2) Ət, balıq, quş, süd və süddən əmələ gələn şeylər. 3) Səbziyat, hübubat və meyvə. 4) Hər bir qism ot kökləri və toxumları, amma dərman üçün işlənən şey olsa, gərək onu satmağa həkimbaşından əlahiddə izn olsun. 5) Aşa qoyulmuş ya qoyulmamış gönlər. Ondan qayrılmış təkbəndlər, qoyun, keçi və dovşan dəriləri. 6) Duz, şadır, zəy, zağ, kükürd, çaxmaq daşı, kül və lak. 7) Qətran, yapışqan, piy və piy şamı, ələfiyyatdan hasil olan yağlar və sabun. 8) Kəndir, çuval, həsir. 9) Əldə toxunan pambıq və kətan şeylər. 10) Əldə toxunan mahut və keçələr. 11) Mıtqal, lənkə, pambıq, ipək, kətan və onlardan toxunan dəsmallar və qurşaqlar. Hər bir qism qaytarı, sap, eşmə. 12) Rus papaqları, əlcək, corab. 13) Fəqir-fliqəra əyninə və ayağına geyən şeylər. 14) Qızıldan savayı hər bir mə’dəndən qayrılmış kiçik şeylər: kibrit, papiros və pul qablan: çətirlər ki, ipək parçadan olmaya: ayna ki, onun uzunu səkkiz və eni altı kərəhdən ziyadə olmaya. 15) Hər bir Rusiyada qayrılmış ağac, saxsı və şüşə qablar, akoşka və lampa şüşələri. 16) Hər ziraət əsbabları və ərradə hacətləri: iynə, sancaq və dəmirçilər əl ilə qayırdığı şeylər. 17) At qayışı, plan və hər ərradəyə və kirşəyə lazım olan şeylər. 18) Kağız, qələm, mürəkkəb, qələm-divar. 19) İşlənmiş stullar, paltar və qab-qazan. 20) Köhnə kitab. 21) Hər bir şey ki, onu xərcsiz satmaq olur. Açıq yerdə açılan dükanda sata bilər: 1) Çay, qənd və bal. 2) Un, düyü, nişasta, çörək, suxari. 3) Səbziyat, meyvə, mürəbbə. 4) Yağları işlənən toxumlar. 5) Hər bir qism yağ. 6) Xörəyə dad verməkdən ötrü işlənən şeylər, məsələn, istiot, duz və dərman otları ki, onu satmağa izn ola. 7) Sirkə və qeyri su qismi şeylər ki, xörəyə tökələr. 8) Hər bir qism ət, balıq və onlardan qayrılmış şey. 9) Yumurta, süd və ondan əmələ gələn şeylər. 10) Kükürd, zəy, zağ, nişadır, çaxmaq daşı. 11) Qətran, yapışqan. 12) Hər bir qism şam və sabun. 13) Kağız, qələm və qeyri yazı üçün lazım olan şeylər. 14) Tikiş üçün lazım olan şeylər. 15) Rusiyada qayrılmış qablar. Onlardan savayı ucuz mə’dənlərdən qayrılmış kiçik şeylər: hər bir qism süpürgə, çuval, ələk, qəlbir və siçan tələləri. Hər bir qism pamad ki, başa sürtürlər və vaks ki, çəkməyə sürtürlər. Uşaqlar üçün oyun şeyləri ki, onlara iqruşka deyirlər və kibritlər.
Əvvəlinci siyahının şeylərin ancaq örtülü yerdə olan dükanda, ikinci siyahının şeylərin açıq yerdə olan dükanda satmaq olar, amma ol şeylər ki, hər iki siyahıda adlanıb, hər iki zikr olan dükanlarda satıla bilər.
ġəhər camaatının iltimasına binaən cənab sərdar zikr olan siyahılarda adlanan şeyləri dəyişdirə bilər.
Əvvəlinci siyahıda zikr olan şeyləri şəhadətnamə almamış bir bilet almaqlıqla satmaq olar, bəşərta ki, ol şeylər satılan yer tərpənən yer olsun, yəni taxta, ya stul üstə, ya taxtadan bina olunmuş kiçik ev içində ki, ol evi də çadır kimi tərpətmək olsun. Həmçinin dükan çox kiçik olsa ki, onu bir otaq hesab etmək olmaya, belə dükanda əvvəlinci siyahıda adlanan şeyləri ancaq bir bilet almaqla satmaq olar, bəşərta ki, bir şəxsin bir şəhərdə bir ədəd belə dükanı ola.