"Əkinçi", 16 yanvar 1876, №1/Təzə xəbərlər
←Məktub | "Əkinçi", 16 yanvar 1876, №1 |
Peterburqda bir padĢahlıq kitabxanası var ki, onun hər ildə 800000 manat xərci olur. Ol kitabxanada 900000 basma, 30000 yazma kitab və 75000 kitab surəti var. Qiymətli kitabları ĢüĢə altında saxlayırlar ki, onlara dəyməsinlər. O cümlədən bir qızıl cildli Quran var ki, qiyməti 33000 manat.
Kitabxana hər gündə sübh saat ondan axĢam saat doqquzacan açıqdır və hər kəs ol zaman gedib orada müftə kitablar və qəzetlər oxuya bilir. Hər bir dildə çap olunan kitabları və qəzetləri orada tapmaq olur və əgər bir kəs bilsə ki, filan kitab yoxdur, ol vaxtda deyə bilər ki, onu tapıb iki həftənin müddətində ona oxumağa versinlər. Hər yek Ģənbə günü kitabxananı hər bir kəs gedib tamaĢa edə bilir. Orada bir dəftər var ki, hər kitabxananı gəzən mütəĢəxxis adam ona öz dəsti-xəttilə qol çəkir, o cümlədən həzrəti Nəsrəddin Ģah ona qol çəkib.
- * *
Avstriya vəziri AndraĢi yazdığı Ģərtnaməni Osmanlı dövlətinə məlum ediblər. Cənab sədri-ə’zəm cavab verib ki, dövlət özü xaçpə-rəst tabelərinə lazım olan ixtiyarları verəcək, amma Ġngilisdən savayı tamam Avropa dövlətlərinin vəzirləri tə’kid edirlər ki, Osmanlı ol Ģərtləri qəbul etsin.
- * *
Firəng MiĢo bir maĢın qayırıb ki, günün istisi ilə iĢləyir. Qazanın üstə büllurdan bir ayna qayırıb ki, günün istisini yığıb qazandakı suyu qaynadıb buğa döndərir və o buğ maĢını iĢlədir.
- * *
15 gündür ki, Rusiyadan gələn yollar qar Ģiddət elədiyinə bağlanıb və poĢt gəlməyib.
- * *
Qəzetlərdə yazırlar ki, bizim Rusiya dövləti kağız pulun saxta qayıran çox olduğuna çox olduğuna təzə kağız pulu kəsdirəcək.