"Əkinçi", 1 yanvar 1876, №12/Təzə xəbərlər

Məktubat "Əkinçi", 1 yanvar 1876, №12


Cənab sərdar hökm edib ki, təzə ticarət qanunu bu yanvarın birindən iki ayın müddətində Qafqazın hər bir tərəfində bina olunsun və ol müddətdə hər kəs şəhadətnamə və bilet alsın.

  • * *

Ġrəli Misir Osmanlıya tabe idi, ancaq ona xərc verir və Ġngilisə çox yavuqlaşıb Süveyş kanalının hissələrin alandan sonra Misrə bir neçə Ġngilis gəlib ki, Misrin xəzanə işlərin ələ alıb dövlətin gəlirini artırsınlar. Ġndi deyirlər ki, Ġngilisin vasitəliyinə binaən Misir Həbəş ilə ki, xaçpərəstdirlər, cəngi mövquf edəcək.

  • * *

Kokan xanlığında abtavəbaşı və poladbəyin genə təzədən qəzavət başlayıb. Kokan və Adjid şəhərlərini zəbt edib ruslar ilə cəng başlayıblar. Amma ruslar genə onları pərakəndə edib Adjid və Məhərrəm qalaların alıblar.

  • * *

Noyabrın 28-də Parij şəhərində bir neçə elm sahibi aerostat, yəni şar ilə havaya qalxıblar ki, elm imtaham etsinlər, amma aerostat cırıldığına 230 metr, yəni arşın hündürlükdən yerə yıxılıblar və 8 adamdan 5-i bərk yaralanıb.

  • * *

London şəhərində bir icma var ki, hər kəs öz qiyməti şeylərin ol icma tə’mir elədiyi imarətdə əlahiddə sandıqda saxlaya bilir. Ġmarətin içindən gecələr havanı maşın ilə çəkirlər ki, oraya oğru girsə, fövt olsun və yanğı olmasın və ətrafda yanğı olan zamanı imarəti suya basdırırlar. Amma imarət möhkəm olduğuna onun içənə su girmir.

  • * *

Rusiyada övrətlərə izn var idi ki, teleqrafxanalarda və dəmiryollarda qulluq etsinlər. Ġndi onlara ixtiyar verilib ki, vəkillik, yəni advokatlıq etsinlər.

  • * *

Amerikadan yazırlar ki, Cəmahiri-Müttəfiqə dövlətin sakinlərinin qədəri qırx milyondur. Amma orada 7643 qəzet çap olunur, lakin tamam Avropa, Asiya və Afrika qitələrində ki, bir neçə yüz milyon sakin var, ol qədr qəzet çap olunmur. Buna səbəb oldur ki, zikr olan dövlətin xalqı tamam oxuyubdurlar və hər kəs gündə qəzet alıb oxuyur.

  • * *

Noyabrın 11-də Moskva şəhərində elə bərk soyuq olub ki, sərçələr və qarğalar soyuqdan donub ölüblər. Həmçinin küçələrdə bir neçə adam soyuqdan fövt olub.

  • * *

Rusiyadan Amerikanın Filadelfi şəhərinə gedən şeylər fevral ayında göndəriləcəkdi. Deyirlər ol qədr şey göndərən var ki, onların aparmağının 100000 manat kirayəsidir.

  • * *

Rusiya, Almaniya və Avstriya dövlətlərinin vəzirlərinin arasında Osmanlı və xaçpərəst tabelərilə cəng etmək barəsində danışıq var. Avstriya vəziri Andraşi sülh şərtlərini yazıb zikr olan vəzirlərə göstərib. Ġndi Ġngilis, Firəng və Ġtaliya vəzirlərinə göndərib. Ol şərtlərin məzmunu mə’lum deyil.

  • * *

Badkubə şəhərinin Mixaylovski azarlıxanasında bu yanvarın ibtidasında müalicəgah bina olunub. Hər gündə saat on birdən on ikiyəcən hər kəs öz naxoşluğu barəsində gedib orada müftə həkimlər ilə məsləhət edə bilər. Hər şənbə günü zikr olan vaxtda orada 3 həkim olacaq ki, bərk naxoşlara məsləhət etsinlər. Məzkur həkimlərdən savayı orada bir müsəlman dili bilən mama olacaq. Övrətlər üçün hər kəs bitəvana olduğuna həkimlərin məsləhətinə binaən özünə dərman ala bilməsə, ona zikr olan müalicəgahdan müftə dərman verəcəkdirlər.