"Əkinçi", 20 oktyabr 1875, №7/Əkin və ziraət xəbərləri

İndi iyimiş su havanı xarab etməkdən danışaq "Əkinçi", 20 oktyabr 1875, №7

Elm xəbərləri


Bizim vilayətimizdə çox ələfiyyat var ki, onları atlarımıza və eşşəklərimizə yedirtməkdən savayı onların bir qeyri nəfi olmağın bilmirik. Amma ol ələfiyyatlardan qeyri yerlərdə artıq mənfəətbərdar olurlar. Məsələn, bizim Qafqazın isti tərəflərində özbaşına əmələ gələn kəvər otunun qönçələrin və yemişlərin turşuya qoymaqlıq ilə Firəngistanda və Ġtaliyada artın dövlət qazanırlar. Onların turşuya qoyulmuş kəvərinin girvənkəsi bizim Badkubə şəhərində altı abbasıya satılır. Əlbəttə, biz də onlar kimi kəvəri turşuya qoymağı bilseydik, nə ki bizim şəhərlərdə qeyri yerlərin kəvəri satılmaz idi, hətta onu aparıb qeyri yerlərdə satıb artıq mənfəətbərdar ola bilərdik.

Kəvəri iki cürə əkmək olur: ya onun toxumlarını bir şuxm olunmuş yerə səpib göyərəndən sonra çıxarıb şitil etməklik ilə ya onun budaqlarını əkməklik ilə. Amma toxumdan əmələ gələn kəvər otu iki ildən sonra gül açdığına Firəngistanda onun budaqlarını əkirlər. Ona binaən ki, budaqlar gələn il gül açır.

Kəvərin budaqları qarpız tağının budaqları kimi yer üzünə yatır. Onu bıçaq ilə yarıb ol yarıq yeri torpaqlayandan sonra oradan təzə köklər əmələ gəlir. Ol vaxtda ol budaqları öz köklərilə belə kəsib, bir qabda otaqda saxlanan güllər kimi əkib sonra şitil edirlər.

Budaqlardan ya toxumlardan əmələ gələn kəvər otlarını belə şitil edirlər: bir daşlıq ya quru yeri ki, orada qeyri əkin əmələ gəlmir, şuxm edib cızıqlar çəkirlər ki, onların bir-birindən arası iki arşmacan olsun və hər cızıqda otları elə şitil edirlər ki, onların bir-birindən arası iki arşın olsun. Belə şitil edəndən sonra onların artıq zəhməti yoxdur. Hətta onları sulamaq da lazım deyil. Amma kəvər əkilən yer qışda çox soyuq olan yer isə payızın axırında kəvərin budaqlarının ucunu kəsib bir çərək tulində köklərin üstə saxlayıb onun üstün torpaq ya peyin ilə basdırmaqla onları soyuqdan mühafizət etmək olur. Sonra yazda onların üstün açıb genə budaqların başını bir az kəsəndə onlar təzədən qol atıb gül açırlar.

Kəvər yayın əvvəlindən payızın axırınacan gül açır. Firəngistanda onun qönçələrini belə dərib turşuya qoyurlar. Hər sabah ya üç-dörd və ya on gündə bir otların arasını gəzib onların qönçələrin ki, noxuddan iri olmasın, dərib bir çəlləyə doldurub üstə sirkə tökürlər və sirkəni artıq tünd etməkdən ötrü və kəvər ləzzətli olmaqdan ötrü onun içinə duz, istiot və qeyri şeylər tökürlər. Çəlləyin ağzına taxta qoyub üstə daş qoyurlar ki, qönçələr sirkənin üzünə çıxıb yanıb tələf olmasın. Onlar yetişəndən sonra onları sirkə ilə belə şüşələrə doldurub ağızlarını lək ilə peçatlayıb satırlar. Həmçinin kəvərin yemişlərini bu qayda ilə turşuya qoyurlar. Belə saxlanan kəvər bir neçə il xarab olmaz.

Bizim Qafqazda əmələ gələn kəvəri zikr olan qayda ilə turşuya qoyanda onun təm'i acı olur. Ona binaən onu turşuya qoyandan irəli onun acılığını almaq gərək. Bizlər onun üstə soyuq su töküb günə qoymaqlıq ilə onun acılığını alırıq və belə-belə suda çox saxlanmaqdan kəvər xarab olur. Ona binaən lazımdır imtahan olunsun ki, onu isti suya salmaqlıq ilə və ya qaynatmaqlıq ilə acılığını almaq olurmu ki, az vaxtda onun acılığını alıb zikr olan qayda ilə turşuya qoymaq olsun və əgər bu tövr ilə onun acılığını almaq məqdur olmasa yaxşıdır ki, Firəngistan kəvərinin toxumlarını gətirib əkəsən.