"Əkinçi", 20 oktyabr 1875, №7/Daxiliyyə

Elan "Əkinçi", 20 oktyabr 1875, №7

İndi iyimiş su havanı xarab etməkdən danışaq


Balıq suya qərq olan kimi insan havaya qərq olub onun içində zindəganlıq edir. Hava insanın nəfəs almağına lazımdır. Əgərçi hava yüngül olduğuna onu görmək məqdur deyil, amma insan bir gün bir gecədə ol qədər nəfəsin alır ki, onun ağzına bir putacan hava daxil olur. Belə olan surətdə havanın yaxşı və yaman olmağını yoxlamaq hər kəs üçün lazımdır. Necə ki şəfa axtaran xəstə ya salamatlıq istəyən kəs həmişə öz xörəyini yoxlayır, həmçinin gərək havanı da yoxlasın. Ona binaən ki, biz udduğumuz havanın qədəri yediyimiz xörəyin qədərindən ziyadə olduğuna xörək yaxşı da olsa, yaman hava insanı fövtə verir.

Biz havanı görmədiyimizə onun bizə xörək olmağından qafil olub onun yaxşı və yamanlığına məhəl qoymuruq. Amma elmi-təbiiyyə aşkar edib ki, insana düçar olan naxoşluqların çoxu hava yaman olmağındandır. Pəs insan özünü yanğından və qeyri bəlalardan saxlayan kimi havadan da saxlamaq vacibdir.

Hava bir neçə tövr ilə natəmiz və yaman olur. Məsələn, insan və heyvanat nəfəsin almaqdan ya yer üzündə olan şeylər iyiyib, çürüyüb havaya qarışmaqdan xarab olur.