"Əkinçi", 22 iyul 1875, №1/Elan

Təzə xəbərlər "Əkinçi", 22 iyul 1875, №1

Badkubə şəhərinin “Qafqaz” adlı müsafirxanasında sakin olan Tatosov adlı
şəxs hər bir işə vəkil olur və hər bir iş barəsində müftə məsləhət verir.


Badkubənin çöl şəhərində ġirvan yolunun kənarında təzə təmir olunmuş
birmərtəbə ev firuş olur. Xahiş edən kəslərdən iltimas olunur ki, ol evin sahibinin
ismini "Əkinçi"nin münşisindən soruşsunlar.


Krasilnikov öz müştərilərinə məlum edir ki, sabah onun mağazini Birun
şəhərə sobraniyanın müqabilində olan Lalayevin karvansarasına köçəcək.


Birun şəhərdə bulağın müqabilində Krasilnikovun karvansarasında
Ġtaliyadan gələn Bastiyan adlı kəs mərmər daşından və qeyri daşlardan təmir
olunmuş şeylər və həmçinin balıqqulağı və onlardan qayrılmış şeylər firuş edir.