"Əkinçi", 29 fevral 1876, №4/Təzə xəbərlər
←Məktubat | "Əkinçi", 29 fevral 1876, №4 |
Cənab sərdarın övrəti bina elədiyi latara bu fevral ayının 13-də Tiflis şəhərində oynayıb və udan biletlərin nömrələri qubernatorların dəftərxanalarına göndərilib. Hər kəsin bileti var isə, gedib oradan xəbər bilsin ki, onun bileti udubdurmu?
- * *
Fevralın 8-dən Daşkənddən tel var ki, rus əsgərləri Kokan şəhərinə daxil olub, Nəsrəddin xanı və Abtavabaşıçını tutub Rusiyaya göndərib və qeyri sərkərdələri dustaq ediblər. General-qubernator özü Kokana gedir ki, oranın işlərinə sərəncam versin.
Daşkənd şəhərində türk dilində çap olunan "Türküstan vilayətinin qəzeti"ndə elmi-əbdan hədisinin barəsində mübahisə başlanıb.
- * *
Kənd əhli üçün qərz pul tapmaq çətin olduğuna Avropa vilayətlərində hər kənd ya bir neçə kənd birləşib hər bir xahiş edən evdən qərarlanmış məbləğ cəm edib kənd bankı bina edirlər. Bankı intixab olan kəslər dolandırıb onun calislərinə qərz verib, hər ildə məbləğin sələmini calislərə paylayırlar.
- * *
Rusiyada torpaq kənd əhlinin camaatına təəllüq olduğuna bəzi kəndlərdə camaat əkin-biçini bir yerdə edib, sonra məhsulatı bölürlər. Camaatın belə birləşməyinin bir xeyri də odur ki, elm yolu ilə təmir olunmuş əsbabları gətirib işlətmək asan olur.
- * *
"Moskovskiye vedomosti" qəzeti yazır ki, boyağ vəfat etdiyinə Dərbənd əhli bitavana olub. Ona binaən danışıq var ki, Samur çayından Dərbəndin ətrafına arx aparsınlar ki, onlar əkin və ziraət edə bilsin.
- * *
"Tiflisski vestnik" qəzeti yazır ki, Zəkərtəla şəhərində 50 min manat qədər məbləğ cəm olunub ki, ətraf kəndlər üçün bank açılsın.
- * *
Berlin şəhərində qulluqçular üçün məktəbxana açılıb ki, onlar paltar tikməyi, yumağı, biçməyi və xörək bişirməyi öyrənirlər.
- * *
Qədim zamandan bəri Bağdad tərəfində göyərçinləri poşt yerinə işlədirlər. Ġndi Avropa əhli hər bir qalada göyərçin poştu bina ediblər, ona binaən ki, cəng vaxtında belə poşt işlətməyə mane yoxdur.
- * *
2-ci nömrədə yazılmışdı dünyada 1034434000 insan var, o cümlədən 17300000 müsəlman, amma gərək yazılaydı 10344340000 insan var, o cümlədən 173000000 [müsəlman].
- * *
1875-ci sənədə Rusiyada 25 min 9 yüz həştad yanğı olub. Onun 9 yüzü ildırım düşməkdən, 3 min 6 yüzü qəsd ilə odlamaqdan, 6 min 8 yüzü qəsd olmaya odlamaqdan və artıq qalanının səbəbi mə’lum olmayıb. Ol yanğılardan 3 min 5 yüzdən olan zərər mə’lum deyil; amma başqalarından 64 milyon 96 min manat zərər olub.
- * *
Fevralın 22-dən Ġstanbuldan tel var ki, həzrət Soltan Bosni və Qerdseqovinə əhlini iki il təhmilatdan azad edib.
- * *
Qəzetlərdə yazırlar ki, Andraşinin sülhnaməsinin məzmunu Vyana şəhərinin qəzetlərində basılan günü cənab xədivi-Misir təvəqqə elədiyinə o sülhnaməni tel ilə ona mə’lum ediblər. O tel olub 3 min 8 yüz söz və qiyməti 2 min 2 yüz manat. Firəngistanın Ġvrar şəhərində bir naxoş olub ki, 128 gün yuxuda qalıb. Çünki insan o qədər xörəksiz qala bilməz, ona binaən onun ağzına düdük salıb, düdüyə xörəyi töküb onun mə’dəsinə aparırlar imiş.