"Əkinçi", 2 dekabr 1875, №10/Daxiliyyə

Elan "Əkinçi", 2 dekabr 1875, №10

Petrovskidən cənab Heydəri yazır:

Səkkiz ildir ki, bizim vilayətimizdə təzə mirovoy və okrujnoy sudlar qoyulubdur. Əlbəttə bu çağacan ol qaydada baxan kəslər onun yaxşı və yamanlığını və keçən qaydadan çox əlatər olmağını biliblər. Amma bunilə belə bəzi kəslər təzə qaydada şikvə və narazılıq edirlər və onların şikvəsinə səbəb ol qayda özü deyil, amma bəzi əmələcat, o cümlədən advokatlar, yəni vəkillik edən kəslərdirlər. Bu səbəblərə təzə qaydaya yaman demək olmaz. Keçən zaman muğrovlarımız əlindən dad edirdik, indi zakon onlardan bizləri xilas edib, ixtiyar verib ki, işlərimizi özümüz bəyan edək və əgər xahiş edək, advokat tutaq, hərgah bunilə belə biz öz əlimiz ilə onlara bica yerə pulumuzu veririksə, zakonda təqsir yoxdur, təqsir bizim avamlığımızdadır ki, öz işimizdən baş çıxarmayıb advokata pul veririk ki, bizim yerinə danışsın. Əgərçi bu halda Rusiyada vəkillər barəsində təzə qanun bina etmək istəyirlər və bizim Tiflis şəhərində kamil advokatlar istəyirlər bir icma bina etsinlər ki, hər kəs gedib onlar ilə müftə məsləhət edə bilsin və fəqir-füqəraya müftə vəkil olsunlar. Amma ümidimiz yoxdur ki, xalq ol qaydalardan xoşgüzəran olsunlar.

Dünyada heç vaxtda bilmərrə əminlik olmaz, həmişə oğru və dələduz, yəni müftə çörək istəyən olacaqdır. Amma xalq qanacaqlı olduqcan əminlik artıq olacaqdır. Bir hambala əlvan libas geydirib hamballıq elədəndə iki gündə ol libas zay olmağının təqsiri libas xarab olmağı deyil, hamballıq sənətidir. Həmçinin xalq avam olanda hər bir qayda qoyulsa, ondan şikvə edən olacaqdır. Ona binaən ki, xalq avam olduqcan qulluq əmələcatı nadürüst ola bilir və əgər əmələcat kamil və insaflı da olsa, avamı aldadan çox olur.

Pəs bizim əmələcatdan və advokatdan şikvə edənlər bizi əvvəl müğrovlar və indi bəzi advokatlar soymağına səbəb biz özümüzük. Nə qədər biz avamıq, bizi aldadan olacaqdır. Əmələcatdan və advokatlardan bizləri xilas etməklik ilə biz xoşgüzəran olmayacayıq. Onlar olmayanda bir qeyri müftəxor bizim malımıza şərik olacaqdır. Pəs şikvə etməyin, əvəzində səy edin, qanacağınızı artırın, yəni elm təhsil edin ki, müftəxorların sizin tər töküb qazandığınız mülk və malınıza şərakətliyi olmasın.

Çəyirtgə

Yek müəmma əztü pürsəm, ey həkimi-pürhünər
Mən dərin səhra bədidəm yek əcaib canəvər.
Ərrəpayəş, mardüm, kərkəssifət, əqrəbşikəm,
Mahəndam, filəndan, gavsinə, əsbsər.

Bu sözləri ilə şair keçən zəmanədə çəyirtgəni bəyan edib. Amma çəyirtgə bizim gözümüzün yaşını ol qədər töküb ki, onu uşaqdan böyüyəcən hamı tanıyırıq. Ona binaən onun sifətini bəyan etməyi lazım bilməyib onun ömründən və bizlərə etdiyi zərərdən xilas etməkdən göftgu edəcəyik.

Baharın ortasında ki, payız və yazda əkilən əkin göyərib çəyirtgə yumurtadan çıxıb zühura gəlir, ol zamanda çəyirtgə muçək boyda və qanadsız olur, ona piyadə çəyirtgə deyirlər. Piyada olan zaman çəyirtgə 5 dəfə tülüyür, yəni ilan kimi dərisini dəyişdirir və hər tülüyəndən sonra bir az böyüklənir. Üç tülüyənəcən çəyirtgə zəif olduğuna elə zərər etməz. Amma ondan sonra onun kiçik qanadları əmələ gəldiyinə qüvvətlənib ziyadə zərər edir. 5 tülüyəndən sonra qanadları böyüyüb uçduğuna ona uçan çəyirtigə deyirlər.

Çəyirtgə yumurtadan çıxıb qanad açıb uçan vaxtacan quraqlıq olanda 40 və yağınlıq olanda 50 gün keçir.

Çəyirtgə qanad açandan sonra qalxıb şimal tərəfə uçar. Bu uçan zaman onun ömrü 40 gün çəkir. Çəyirtgə səfər edən zaman yolda göyərtiyə rast gələndə düşüb onu yeyir, gecə yatıb sübhdən uçar. Uçan çəyirtgə ömrünün axırında yerə toxum salıb tələf olur. Onun toxumu dan dənəsi boyda, irəngi əvvəldən san və sonra qara olur. Onları çəyirtgə çay kənarında və qeyri qüvvətli yerlərdə bir yay iki barmaq yerin altma qoyar. Hər çəyirtgənin 70-əcən yumurtası olur. Çəyirtgə onun hamısını bir yerə ya bir neçə yerə salıb sonra tələf olur. Xüsusən çəyirtgə ömrünün əvvəlində yumurta, sonra piyada və uçan çəyirtgə olur. Onun yumurta vaxtı zərəri olmaz. Piyada çəyirtgə əmələ gəldiyi yerə zərər edər və uçan çəyirtgə öz səfərinin vaxtında bir yerə zərər edib qalxıb gedib qeyri yerə zərər edir. Yəni onun zərəri çox da olsa, bir yerə olmaz.

Çəyirtgəni yumurta vaxtında tələf etmək məsləhətdir. Uçan çəyirtgə bir yerə düşüb gedəndən sonra ol yerin bir neçə tərəfindən torpaq alıb baxanda çəyirtgənin toxumu oraya salınmağın bilmək olur. Hərgah ol yerə toxum salınmışsa, oranı şuxm etmək gərək ki, çəyirtgənin toxumları yerin üzünə çıxsın. Ondan sonra əgər o yerin qışı bərk olursa, artıq zəhmət çəkmək lazım deyil, qışda soyuqdan toxumlar özləri tələf olacaqdırlar. Amma ol yerin qışı bərk olmursa, toyuq və qeyri quşları ol yerə çıxarmaq gərək ki, onlar toxumları yeyib tələf etsinlər. Amma toxumun qədəri çox olanda onu zikr olan qayda ilə tələf etmək müşküldür. Ol vaxtla sərhesab olmaq gərək ki, yazda onlardan çəyirtgə əmələ gələn kimi onları qırıb tələf edəsən. Piyada çəyirtgəni bir neçə qism ilə qırırlar. Ya onları çalğı ilə, ya quyular və xəndəklər qazıb çəyirtgələri onlara salıb üstün torpaqlamaq ilə və ya quru ələflərə neft vurub onu yerə səpib çəyirtgə onun üstdə çıxanda onu odlamaqla onu tələf edirlər. Xülasə, çəyirtgə piyada olan vaxtda onu qınb tələf etmək gərək, yoxsa qanad açanda ələ gəlməz. Bəzi kəslər uçan çəyirtgədən öz əkinini tüfəng atmaqla ya mis qabı çalmaqla və ya dua oxumaqla xilas etməyə sə'y edib çəyirtgə qonşunun taxılını yeyib onunkun yeməyəndə fikir edirlər ki, ona tüfəng atmaq ya mis qabı çalmaq bais oldu. Amma uçan çəyirtgənin tüfəngdən bakı yoxdur. Bir yerə düşüb doyunca yeyib tüfəng atılmasa da, sübhdən qalxıb gedəcəkdir.

Çəyirtgə ilə sığırçınların davasını görən fikir etməsin ki, sığırçınlar bizim üçün ol divanı edirlər. Əlbəttə, bizim sərçələr kəpənəkləri və cücüləri buyuruğumuza binaən tutmurlar. Həmçinin sığırçınlar da onları yeməkdən ötrü qırırlar. Əgər onlar həmişə çəyirtgənin dalınca getməyinə baxırsız, ona səbəb oldur ki, sığırçın köçəri quşdur, bir yerdə qalmaz və əgər onların çəyirtgələri qırıb yerə tökməyinə baxırsız, onlar davanı havada edirlər, onlar fövt elədiyi çəyirtgələrdən ondan biri onların ağzına düşüb qeyriləri yerə düşür. Amma sığırçın düşüb onları yemədiyinə səbəb oldur ki, havada çəyirtgə çoxdur, yerə düşüncən havada bir qeyrisin tutur.