"Əkinçi", 31 mart 1877, №7

"Əkinçi", 17 mart 1877, №6 "Əkinçi", 31 mart 1877, №7

"Əkinçi", 14 aprel 1877, №8
Mənbə: Transliterasiya və tərtib edəni: Turan Həsənzadə. "Əkinçi. 1875-1877. (Tam mətni)" (PDF). kitabxana.net (az.). "Avrasiya Press". 2005. 2016-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-09-05.


Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzet çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məklikzadə Zərdabi.


Qafqaz vilayətinin məktəbxanalarının hakimi cənab sərdar buyurmağına
görə hökm edib ki, padşahlıq məktəbxanalarının (gimnaziya, progimnaziya, realnı
uçilişa) priqotovitelni klaslarına girən kəslər gərək rus dilində yazıb oxumağı
bilsin, yoxsa onları qəbul etmək olmaz və hökm olunub ki, ol məktəbxanalara girən
kəslərin yaşı bu qərardan ziyvadə olmasın: əvvəlinci klasa 12, ikinci klasa 13,
üçüncü klasa 14, gördüncü klasa 15, beşinci klasa 16.


Qarabağdan yazırlar ki, ağköynək barəsində bizim qəzetdə yazılan
sözlərdən ötrü bəzi avamlar bizi həcv edib, hətta istəyirlər imiş bizdən ərizə
versinlər ki, guya ol sözlər məzhəbə dəyən sözlərdir. Əgər bu xəbər doğru isə,
Hadiyül-Müzillin həqiqət qarabağlı isə, Qarabağın anlayan kəslərinə ərz olunur ki,
gözünüz aydın olsun.


Müştərimizin qədəri bir illik 163, yarım illik 21.


Seyyidani-ġirvan və İrəvana məlum olur ki, bu halda çapxanada şəhər
qərardadı türk dilində çap olunduğuna, siz göndərən şerlər gələn nömrəyə qaldı.