"Əkinçi", 5 avqust 1875, №2/Təzə xəbərlər

Meşə olan yerə ziyadə yağış yağmaqdan danışır "Əkinçi", 5 avqust 1875, №2

Vəba naxoşluğunun səbəbi şol naxoşluq düşən yerin havası xarab olmaq
ilədir və havanın xarab olmağını bir neçə yol ilə bilmək olur, o cümlədən onu o
yerlərdə olan quşların uçub getməyi ilə bilmək olur. Quşların bədəni çox zərif
olduğuna onlar vəba naxoşluğu bir yerə düşəndə bir neçə gün irəli o yerdən uçub
gedirlər. Peterburqda, Prussiya dövlətinin bir neçə yerlərində və qeyri yerlərdə
imtahan olunub ki, vəba aşkar olandan bir neçə gün irəli o yerlərdə olan sərçələr,
qarğalar və qeyri quşlar uçub özgə yerə gediblər.


Ərəbistan ilə Misrin arasında Süveyş kanalını təmir edən mühəndis ki, onun
adı Lespesdir bu halda fikir edir ki, Səhrayi-Kəbiri dərya etsin. ġol səhranın tuli
4124 və ərzi 1100 verstdir. Bu səhra Afrika qitəsinin şimal tərəfindədir. Onun şərqi
Misir vilayətidir, şimalı Bərbərstandır, qərbi Dəryayi-mühitdir və cənubu Sudandır.
Bu səhra çox böyük olduğuna onun ətrafında olan məmləkətlər bir-birilə ticarət
etməyi çətindir. Ələlxüsus belə ticarətə susuzluq və sam yeli Mane olurlar. Ona
binaən Lespes qəsd edib ki, bir ticarət icmanı bina etsin və şol icmanın xərci ilə Ağ
dəryadan ya Dəryayi-mühitdən arx aparıb səbranı qərq etsin, çünki səhra dəryadan
alçaqdır, onu su basacaq. Amma arx uzun olduğuna onu qazmağın xərci çoxdur.
ġimdi Ġtaliya mühəndisləri səhrada plan çəkirlər ki, məlum etsinlər hansı tərəfdən
gələn arxın xərci az olur.


Osmanlı dövlətinin borcu çox olduğuna görə xərci gəlirindən ziyadədir. Bu
artıcaq xərci görməkdən ötəri təsəvvür var. Əvvəla qeyri dövlətlərin yerlərindən
gələn malın gömrük xərcin artırsınlar. Bu çağadək belə malın 100 manat qiyməti
olanda 7 manat xərc almırdı. ġimdi istəyirlər 100 manata 20 manat alsınlar.
Saniyən Misrin xərcin artırsınlar. Bu çağadək Misir 1500000 manat xərc verir idi.
Ġndi istəyirlər 3000000 manat xərc alsınlar. Salisən qulluq edən kəslərin
məvacibini azaltmaq istəyirlər. Bu məvacibi azaltmaq bu qayda ilə olacaq:
vəzirlərə və vali, yəni qubernatorlara irəliki məvacibin üçdən bir hissəsin vermək
xahiş edirlər və savayı qulluq edən əgər ayda 3000 quruşdan ziyadə məvacib alırsa,
onlara şol məvacibin nisfin verəcəkdirlər.
Osmanlı dövləti Firəngistanın paytaxtı Parij şəhərində öz xərci ilə çox
adama təlim verdirir. Qəzetlərdən belə məlum olur ki, elmi-təbiiyyədən savayı
elmləri təhsil edənləri qaytarıb geri gətirəcəkdirlər və onlara xərc olunan pul ilə
Ġstanbulda bir böyük məktəbxana, yəni universitet bina edəcəkdirlər.


Keçən cəmadiəlaxir ayının 25-də Moskva şəhərindən yazırlar: hər bir qism
rəngin qiyməti dəyişilməyib. Mok qəhvəsinin yumrusunun putu vədə ilə 18 manat,
Moskva zavodlarının baş qəndinin putu 7 manat 80 qəpikdən 8 manat 50
qəpiyəcən, Malorus zavodlarının qəndinin putu 7 manat 50 qəpikdən 8 manat 15
qəpiyəcən, qənd qumunun putu 6 manat 40 qəpikdən 6 manat 65 qəpiyəcən.
Daşkənd pambığı satılıb 6 manat 60 qəpiyə, Xivə pambığı 7 manata, ipəyin
qiyməti dəyişilməyib. Yunun qiyməti qalxıb, yuyulmuş merinos əla 34-37 manat,
yəni 34 manatdan 38 manatacan, miyanə 30-32 manat, alçağı 27-29 manat,
yuyulmamış alçağı 10-11 manat, Rusiya yunu, yuyulmuş, ağ 8-9 manat, qara 6
manat 50 qəpikdən 7 manatacan, dəvə yunu 5-5 manat 50 qəpiyəcən.


Osmanlı dövlətinin Qerdseqovinya adlı vilayətində sakin olan xaçpərəstlər
təhmilat artıq olduğuna görə şol təhmilatı vermirlər. Ona binaən ol vilayətin valisi
dərviş Paşa bu halda təhmilatı əsgər gücü ilə cəm edir. Qəzetlərdə yazırlar ki,
məzkur əsgər ilə təhmilatları verməyən kəslərin arasında bir neçə dəfə cəng
olubdur və hər dəfə çox adam fövt olub.