"Əkinçi", 5 sentyabr 1875, №4/Məktub

Elm xəbərləri "Əkinçi", 5 sentyabr 1875, №4

Cənubi Tabasaran mahalının naibi kağız ilə bəyan edir ki, keçən rəcəb
ayının 10-da Mustafa bəy Karçakskiyə təəllüq olan Kor kənd adlı qəryədə yanğı
olubdu. Xərmən payalinlərin çubuğundan xərmənə atəş düşüb. Oradan tayalara,
samanlıqlara və kəndin evlərinə od düşüb. Ona binaən ki, bir-birinə yapışıb və
qarışıq olublar. Çünki kəndin evləri köhnə, bir-birinə müttəssil və küçələri dar olub
və ol zaman ruzgar, yəni külək bərk olub, ona binaən əgər ki, okruqun naçalniki
knyaz Orbelyanov öz çinovnikləri ilə kəndin əhlinə köməyə gəlmiş isə də, ol
kənddən altmış bir ev və bir məhəllə məscidi lap yanıb və on doqquz evin bəzi
ətrafı, samanlıqları və taxılı yanıb. Xülasə, o yanğından 24439 manata qədər zərər
olub və üç nəfər zükur qisminə ağac dəyib yaralayıb.


Bizim şəhərlərin birisindən bir şəxs kağız ilə bəyan edir ki, ol yerdə bikar və
biməşğələ kəslər hədyanat və cəfəngiyat söyləməyə vərdiş edib zarafatkarlığa və
həcvguluğa adət ediblər. Belə həcvguluq, yəni hədyan danışmaq nücəba arasında
artıb. Ona binaən belə hədyan danışmaqlıq bizim şəriətə namünasib olmağından və
bizim zəmanədə zarafatkarlıq və həcvguluq adamı bihörmət edib rütbələrini
alçaqlandırmaqdan danışıb iltimas edir ki, ol kağızı bizim qəzetdə basdıraq ki,
bəlkə nücəbalar onu oxuyub zarafat etmək və həcvguluq ətrafına dolanmasınlar.
Heyf ki, ol kağız uzun olduğuna onu basdırmağa yer olmadı.


Səmərqənd ilə Qaşğarın arasında vaqe olan Kokan xanlığının xanı bizim
Rusiya dövlətinin dostudur. Daşkəndin general-qubernatoru Kaufman tel ilə
məlum edir ki, qıpçaq və Qaraqırğız tayfaları həmişə məzkur xanın yerinə çapğına
gedirlər. Bu il onlar Bulat və Nəzər bəylərin sərkərdəliyi ilə genə çapğına gələndə
xan öz əsgərini Əbdürrəhman atabaşının sərkərdəliyi ilə onların qabağına göndərib.
Amma Əbdürrəhman əsgəri ilə belə dönüb xanın düşmənlərinə qarışıb. Ona binaən
xan rəcəb ayının 3-də Rusiya sərhəddinə qaçıb. Ol vaxt onun düşmənləri onun
dalınca Rusiya yerinə daxil olub qəzavət başlayıb, Daşkəndin ətrafını qərq ediblər,
sonra məzkur general onları rus sərhəddindən çıxarıb indi əsgər ilə Kokan şəhərinə
gedir.


Qerdseqovinədə olan cəng dəxi şiddət edib tamam Osmanlı ixtiyarında olan
slavyanlar onlara kömək göndərməyə binaən onların 15000-dən ziyadə əsgəri olub.
Rus, Prus, Avstriya, Ġngilis, Firəng və Ġtaliya dövlətlərinin konsulları öz aralarında
məşvərət edib Qerdseqovinədə gediblər onların xalqına məlum etsinlər ki, məzkur
dövlətlər onların bu rəftarından razı deyillər. Ol səbəbə onlar ümid olmasınlar ki,
onlara kömək edəcəklər və öz ərizələrini Osmanlı tərəfindən göndərilən şəxsə
etsinlər və Osmanlı dövləti o ərizələrə mülahizə etməkdən ötrü Sərvər paşanı
göndərib. Amma bununla belə hər iki tərəf cəng üçün bərk tədarük edir.


Cəmadiələvvəlin 9-da Kutais quberniyasının Ləmçox uyezdində dağlarda
sakin olan svanet tayfası ki onların qədəri 15000-dir, öz naçalniklərinin
sərəncamlarından narazı olmaqlığa binaən əsbab-əsləhə götürüb dövlət üzünə ağ
olmuşlar imiş və Kutais qubernatoru əsgər ilə oraya göndərilmiş imiş. İndi qəzetlər
bəyan edirlər ki, cənab qubernator gedib xalqa dövlət tərəfindən olan hökmləri
aşkar edəndən sonra xalq onları qəbul edib yaraqlarını atıb evlərinə dağılıblar və
cənab qubernator əsgərlər ilə geri qayıdıb.


Peterburqda bir neçə dükanlarda belə dadistəd edirlər. Dükançı bir dəftər
saxlayıb ki, hər müştəri verdiyi məbləğin qədərin oraya yazır, sonra dükançı hər 20
manata ol müştəriyə 1 manat verir.


Krımın Qarasubazar şəhərində rəcəbin 27-də qaz yumurtasından böyük dolu
yağıb hər dənəsi bir girvənkədən ziyadə olub. Evlərin üstə olan kələnəkləri tamam
qırıb, ağacların yarpaqlarını və budaqlarını töküb. Dolu ol qədər olub ki, bir gün bir
gecə əriməyib qalıb.


Peterburqda rəcəbin 29-da piyin boçkası 50 manat, əla inək yağı 8 manat,
Amerikadan gələn neft cövhəri 2 manat 10 qəpik, Amerika pambığı 8 manat 50
qəpik, buğdanın çetveri 11 manat, əla arpanınkı 8 manat. Çuval ilə belə rus
dövlətinin latara biletləri 231 manat.