"Əkinçi", 5 sentyabr 1875, №4/Süddən yağ qayırmaqdan danışır
←Daxiliyyə | "Əkinçi", 5 sentyabr 1875, №4 |
Elm xəbərləri→ |
(ibtidası keçən nömrələrdə basılıb)
Saniyən çiy, yəni bişməmiş süddən yağ qayırmaq. Yağı çiy süddən belə
çalxalayırlar: təzə sağılmış südü 10 yada
12 saat saxlayıb soyudub sonra nehrəyə
töküb çalxalayırlar. Doğrudur belə çiy südün qədəri ziyadə olduğuna ondan yağ
çalxamağın zəhməti də artıqdır. Ona binaən sağmal mal 30-dan ziyadə olsa, ya
gərək ol qədər süddən maşın ilə yağ çalxayasan, ya onu sərib onun qaymağından
yağ çalxayasan. Amma mal 30-dan az olsa, çiy süddən yağ çalxamaq məsləhətdir,
ol səbəbə ki, əvvələn çiy süddən yağ çox olur. Məsələn, bir qat çiy süddən 11
girvənkə yağ çıxsa, o südün qaymağından ancaq 10 girvənkə yarım yağ çıxar.
Saniyən süd otağını isti ya soyuq etmək lazım deyil, ona binaən ki, süd orada az
saxladığına südün turşumaqdan baki yoxdur. Salisən ildırım şaxımaqdan süd xarab
olmaz, amma qaymaq üçün sərilən süd xarab olur. Rabiən pişəzvəqt qaymaq hasil
olduğu vaxtı bilmək olmaz, amma süddən neçə saatdan sonra yağ çalxanmağın
pişəzvəqt bilmək olur. Xamisən az mal saxlayan kəs üçün qaymağın qədəri az
olduğuna hər gündə yağ çalxalamaq müşküldür. Amma süddən hər gündə təzə yağ
çalxamaq olur. Sadisən çiy süddən yağ çalxayanda yağı yığılmış süd ayran kimi
turş olmadığına ondan pendir və qeyri şeylər qayırmaq olur.
Salisən qatıqdan yağ qayırmaq: bizim Qafqazda hər kəs qatıqdan yağ
çalxamağı bilir. Ona binaən onun qaydasını burada bəyan etməyi lazım bilməyib
onun zərərini bəyan edirik. Əvvələn bizim nehrələri təmiz etmək müşküldür.
Saniyən südü süzmədiyimizə onun qab və qaşığını təmiz saxlamadığımıza onun
yağı da natəmiz olur. Bu səbəblərə bizim yağın rəngi və dadı yaman olduğuna o tez
xarab olur. Salisən bizim yağ az olur. Məsələn, bir qab süddən Qolştinya qaydası
ilə dörd girvənkə yağ çıxsa, bizim qayda ilə ondan ancaq üç girvənkə yağ çıxır,
yəni bizim yağm dörddən bir hissəsi süd qatığa dönmək səbəbilə tələf olur. Rabiən
ayranımız turş olduğuna ondan şordan savayı bir şey qayırmaq olmur və şorun heç
bir maliyyəti yoxdur.
Zikr olan yağ qayırmaq qaydalarına baxıb bəyan elədik ki, bizim Qafqazda
işlənən qayda nə səbəblər ilə onların hamısından yamandır. Ġndi görək o qaydaların
hansını Qafqazda işlətmək yaxşıdır. Dağlar başında soyuq bulaqlar kənarında sakin
olan kəslərə məsləhətdir ki, sağmal malı çox olsa, ġvars qaydasını işlətsinlər və
əgər buz tapılmasa, çəlləyin içinə soyuq bulaq suyu töksünlər. Çünki bulağın suyu
çəlləyin içində dayanıb duranda istilənib südü turşudur, ol səbəbə yaxşıdır ki,
çəlləyin altında bir deşik qayırasan ki, bulağın suyu yuxarıdan girib aşağıdan
çıxmaq ilə çəlləyin içində dayanmayıb axmağa binaən qızmasın. Aran yerlərində
mal-qarası çox və tavanası artıq olan kəslərə Qolştinya qaydasın işlətmək
məsləhətdir. Bu qaydanın ümdə xərci imarətə olur. Onu gərək ki, iki mərtəbə
kərpicdən ya daşdan təmir edəsən, onun aşağı mərtəbəsi bizim qazmalar kimi yer
altında akoşkaları şimal tərəfə və otaqları tac olur. Üst mərtəbə yerin üzündə və
akoşkaları qiblə tərəfə olur. Onun alt mərtəbəsində yayda və üst mərtəbəsində
qışda məzkur qayda ilə süd sərilir ya aranda mal-qarası çox olan kəsə məsləhətdir
ki, yağı çiy süddən maşın ilə çalxasın. Aranda ya dağda sağmal malı az olan
kəslərə məsləhətdir yağı çiy süddən ya Qossandr qaydası ilə çalxasmlar. Qossandr
qaydasının ümdə xərci süd sərilən qablara olur. Ol qablar bizim məcməyi kimi
yastı və ennidirlər. Xülasə, bizlərə vacibdir zikr olan qaydaların birisilə yağ
çalxayaq, yoxsa südümüzü qatığa döndərməyə binaən yağımızm dörddən bir
hissəsin tələf edib özümüzə artıq zərər edirik.