"Əkinçi", 9 avqust 1876, №15

"Əkinçi", 25 iyul 1876, №14 "Əkinçi", 9 avqust 1876, №15

"Əkinçi", 29 avqust 1876, №16
Mənbə: Transliterasiya və tərtib edəni: Turan Həsənzadə. "Əkinçi. 1875-1877. (Tam mətni)" (PDF). kitabxana.net (az.). "Avrasiya Press". 2005. 2016-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-09-05.


E`lamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.


Bizlərdə ibarət ilə danışmaq adət olduğuna məktubat göndərənlərimizin
çoxu səy edir ki, kamallı söz yazsın və əxbarat yazmağı eyib bilir. Məsələn.
Zəkərtala şəhərində olan yanğı, İrəvanda və Cavadda olan sel və qeyri barəsində
yazmırlar, amma yazırlar ki, imam Cəfər vaxtında teleqraf var idi. Dustan, ibarət
ilə yazılan tulani mətləb jurnalda çap olunur, qəzetdə ona yer olmur.


Zəkərtala şəhərində olan yanğı barəsində qəzetimizdə yazmışdıq ki, oranın
əhli üçün pul cəm edillər. Amma indiyəcən bir qəpik də göndərən yoxdur. Lakin
rus qəzetlərinin idarəsinə xaricilər pul göndərillər. Biz ol ehsan edənlərin
siyahısına baxdıq, amma orada heç bir müsəlman adı görmədik. Həqiqət, biz çox
biqeyrət tayfayıq ki, xaricilər bizim müsəlman qardaşlarımıza beqədri-məqdur
kömək edillər, amma biz bir qəpiyə heyifsilənirik.


Badkubə şəhərində 3 həftədir ki, külək əsmir. Ona binaən isti çox şiddət edib.