"Ay"a
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.


“Boşluq diyarında çıx dolaş” deyə,
Səni kim fırlatmış о dərinliyə,
Ey solğun bənizli, sevdalı pəri?!

Mənim sevdiyimin xəyalı kimi,
Bəzən bürünərək pənbə bir tülə.
Çıxarsan üzm əyə о dərin gölə...

Çıxdıqca yoluna buluddan dalğa
Sən onun yanından baxıb uzağa,
Keçərək, ədalı yürüşün gözəl.

Arayırmış kimi onu gizlicə.
Dolaşdıqdan sonra bir uzun gecə,
Səhər ulduzuyla görüşün gözəl.

Bəzən nədən isə umuzun çılpaq,
Saçların dağınıq, dolaşırsan tək;
Sıxılır yalqızhq əlində ürək.

Elə günlər olur, bizlərdən uzaq,
Görünmoz olursan bir uzun gecə,
Deyirlər, ağlarsan onda gizlico.

Durmadan gəzirsən illərdən bəri;
Nə olmuşdur, səsin çıxmayır çoxdan,
Sən də о boşluqda avaramısan?!

Sənin о sevdalı, solğun baxışın,
Xatırladır m ənə bir pərizadı;
Ki, düşməz ölüncə dilimdən adı