"Bayramlıq"
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Novruz yetişdi, füqera otdu pərişan,
əfsürdə və nalan.
Her məmləkətin pullulan xürrəmü xəndan,
pulsuzlan giryan.
Çöllərdə, çemenlerdə gözəl güllər açıldı,
ətrafa saçıldı.
Bir başqa təravətde olub qönçələr elvan,
dər terfı-gülüstan.
Keflənmək üçün düşmüş ələ yaxşı bəhanə,
her tacirə, xanə,
İç badeyi-gülrəngi ki, versin sənə min can,
seyr eylə xuraman.
İstol bəzə, hər cür yeməli eyle mühəyya,
düz konyakü vodka.
Doldur bakalı, çek başına, eyş ilə şadan,
düşməz belə dövran.
Cəmşidi-cəmin səltənəti oldusa pamal,
sədr şükr olub İqbal.
Bayram bizə miras yetişdi, əgər İran
oldu dəxi viran.
MİIEətlər ayıldı, bu işin tərkini qıidı,
təkliflni bildi.
Indı bizə məxsus qahb məhz bu meydan,
yox başqa bir insan.
Matəm zedəra, eyd bəvəd matəmi-digər',
boşdur belə sözlər.
Matəmzadədir gerçi həqiqətdə müselman,
sən olma herasan.
Kimdir belə təfrih tle dünyada dolansın,
bu iəzzeti qansın?
Bayram kefınin qiymətini yox bilən olan,
sənsən ona xahan.
Get hər evə gir, zahiri təbrik ete eydin,
həm Əmrlə Zeydin.
Batində atıb hər yetənə bir cürə böhtan,
bədnam elə hər an.
İlden-ilə çün rövnəqü heysiyyətin artar,
bayraımm da xar,
Qoyma ola, Türkiyyedə ger qopsa da tufan,
sən qem yeme ondan.
Baxma ki, hər evdən ucalır nalevü feryad,
yoxdur edən imdad.
Olsa bütün aləm hamısı gürüsnə, üryan,
sən eyləmə ehsan.
Salma yadma zərrə qədər dərdü bəlam,
sür zövqü səfanı,
Bayram günüdür, al yanına bir gözəl, oğlan,
qıl camnı qurban.
Keflen gecə-gündüz,
Xerc et pulu yüz-yüz.
Çaldır nağaram,
Düş ortalığa süz.
Qoy alemi heyran,
Olsan da pəşiman...
Axırda deyərsən:
Lenət sənə, şeytan!

  • "Molla Nəsrəddin”, 8 mart 1913, N 8