"Həbsiyyə"dən (XII əsr)
Müəllif: Xaqani Şirvani
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Xaqani qürbətə basalı ayaq,
Olmuş tək qapılı bir evdə dustaq.

Nə evin içində rahət olur can,
Nə də var bayıra çıxmağa imkan.

Üzü divaradır, sanki hörümçək
Girmiş daş altma bir qanşqa tek.

Qıfıldır keşikçi ona bayırdan,
Daxildə cəftədir ona pasiban.

Nəfəsi alovdur, göz yaşı — Ceyhun,
Qəlbi — od kürəsi, ahı — od, onun.

Salmmış dörd yanı bağlı bir yerə,
Açılır qapısı geniş göylərə.

Sükut qıfilını ağztna vurub,
Ümidini haqqa bağlayıb durub.

Nə qədər bu ümid qonaqdır bura,
Qapını açmayın yad duyğulara.

Xaqani, xoş həyat fikrindən əl çək!
Dünyada tapılmaz dərdsiz bir ürək.

Dörd əsas üstündə dayanmış cahan,
O dörddən birisi sayılır ərkan.

Sən də öz evində dörd cəhət axtar,
Çünki hər təməli dörd səbəb qurar.

Şadlığın şərtisə üç şeydədir, bax:
Mekandır, zamandır, bir də dost, — ancaq.

Dördüncü şərtini görən olmamış,
Çünki yoxdan xəbər verən olmamış.