"Vətən bağı" al-əlvandır

"Vətən bağı" al-əlvandır
Müəllif: Ağabəyim ağa Cavanşir

 
"Vətən bağı" al-əlvandır,
Yox içində xarı bülbül.
Bu nə əzablı dövrandır,
Köksün altı, sarı bülbül?!

Səhərin gülşən çağında,
Nə gəzirsən bağı, bülbül?!
Oxudun, ağlım apardın,
Oldun mənə yağı, bülbül!
 
Bülbül, sən nala çəkərsən,
Göz yaşın gilə tökərsən,
On bir ay cəfa çəkərsən,
Bir ayı da zarı, bülbül!
 
Bülbül, geyibsən al yaşıl,
Qolların boynumdan aşır.
Ağlamaq mənə yaraşır,
Qoy ağlayım, barı, bülbül!
 
Bülbül səni kim uçurtdu,
Kim daldan dala qaçırtdı,
Kim sənə badə içirtdi,
Kimlər oldu sarı, bülbül?!